Ìþâçó 2
Transkript
Ìþâçó 2
Mövzu 2. QADIN VƏ CƏMİYYƏT 1. İctiami fikir tarixində qender problemi 2. Feminizm nəzəriyyə və təcrübə kimi 1. İctimai fikir tarixində qender problemi Qadın təbiətinin öyrənilməsi ictimai fikir tarixində əsas problemlərdən biridir. Müxtəlif feminist müəlliflər hesab edirlər ki, qadın xarakteristikasına bioloji traktovka verən ilk filosof məhz Aristotel olmuşdur. Qadın passiv ana, kişi isə aktiv formaya bənzədilir. Onun fikrincə qadın ikinci dərəcəli bioloji cinsdir. Uşaqların tərbiyyəsində həll edici rolu kişi oynayır, qadın isə uşağa həyat verən «inkubatordur». Əksər halda kişi özünün yeni və daha mükəmməl obrazını yaradır. Yalnız bəlli hallarda ananın uşağı səviyədə olan material qanunu üstünlük qazanır və dünyaya «natamam kişi» yəni qadın gəlir. Aristotelin fikrincə kişi ilə müqayisədə qadının düşüncəsi, fiziki sağlamlığı, iradəsi çox zəifdir. Qadın kişinin təbii ki, quludur və bir qul kimi, öz sahibinə tabe olmalıdır. Aristotelin qadın – natamam varlıq kimi konsepsiyası bütün ictimai fikir tarixinə təsir göstərmişdir. Qadının tabelik statusu xristianlıqda da göstərilmişdir. Avqustin hesab edirdi ki, qadın «Allah obrazından» məhrumdur, yalnız kişilər keşiş ola bilər və Xristosu xristian cəmiyyətində təcəssüm etdirə bilərlər. Foma Akvinskinin də təlimində qadın təbiətcə məhdudlaşdırılmış olduğu bildirilir. Fəlsəfi fikrin tarixində insana verilən təriflər, məsələn, «ictimai heyvan» (Aristotel), «siyasi məxluq» (Qobs), «azadlığa sahib olan» (Russo), «rasional canlı» (Kant), əsasən kişilərə aiddir, çünki qadın ictimai-siyasi istehsal həyatından uzaqlaşdırılmışdır və irrasional, emosional keyfiyyətlərin daşıyıcısı sayılırdı. Qadın asılılıq nəzəriyyəsi bir çox başqa tanınmış mütəfəkkirlərin görüşlərində də öz əksini tapmışdır. Jan Jak Russo «Emil» (1762-ci il) adlı elmi əsərində qeyd edir ki, qadın kişinin rəğbətini qazanmalıdır, çünki kişi onun və uşaqlarının təminatını ödəyir, onun iradəsinə itaət etməlidir, ailədə, sonda isə bütün cəmiyyətdə xoşbəxtliyi və əminamanlığı qoruyub saxlamalıdır. İngilis tədqiqatçısı S.Hrimşou öz məqalələrinin birində XVIII əsrdə qadın etikası haqqında formalaşmış ənənəvi təsəvvürdən belə yazırdı: qadınlar kişilərə qulluğ göstərməli, hörmət bəsləməlidir və mənəvi cəhətdən onlardan da zəif olduğu ilə hesablaşmalıdırlar. Qadınların alçaldılmış vəziyyəti onların fəaliyyət və maraq dairələrinə də aiddir. Qadınla kişi arasında olan fərq barədə isə alman filosofu Heqelin də düşüncələri bu yönümdədir. Əgər hökumət başçısı qadındırsa dövlət təhlükəyə uğrayır, çünki onun hərəkətləri ümumi tələblərə deyil təsədüf meyil və fikirlərə əsaslanır. Qadınları öyrədən həyatdır, kişilər isə əksinə çalışırlar ki, yüksək elmə yiyələnsin və cəmiyyətdə müvafiq yer tutsun. Bu fəlsəfi preambulaya görə qadınla kişi arasında olan münasibətə toxunarkən iki praktik nəticə çıxarmaq olar. Birincisi, ailəni təmsil edən hüquqi şəxs – kişidir. İkincisi, namus, ismət qadın üçün mühüm əhəmiyyətdir, ona görə də öz mənliyini yalnız ailə-nigah münasibətlərində tapa bilər. Beləliklə kişi ailənin sahibidir. Onun fəaliyyət dairəvəsi tək ailədə deyil, daha geniş olduğu üçün nigahdan əvvəl və sonra olan başqa cinsi əlaqəyə haqqı var. Qadın üçün isə bunlar əxlaqsizlıqdır. Fransız filosofu Kont hesab edirdi ki, qadın kişinin köbud rəftarından əziyyət çəkə bilər deyə, «kompensasiya» kimi zərif və incə olduğu üçün sitayiş obyektinə çevrilmişdir. XVIII əsrin maarifçiləri qadın və kişi münasibətlərinin şərhində eqalitar ən-ənə yaratmışlar. İnsanın azadlıq probleminin tək sosial deyil eyni zamanda cinsiyyət bərabərliyi ilə əlaqələndiriqlər. İlk dəfə Kondorse qeyd etmişdir ki, insan təbiəti universaldır, cinslər bərabər, oxşardır, bu eyni tərbiyə və təhsillə bağlıdır. Didro hesab edirdi ki qadınla kişi arasında oxşarlıq yoxdur; onlar fərqlidir və bir birini qarşılıqlı tamamlayırlar. 70-80-ci illərdə bərabərlik şuarları altında çıxış edən femenistlər Didronu özlərinin sələfi sayırdılar. Onun fikrincə qadınların alçaldılmış vəziyyəti müəyyən mülki qanun və adətlərin nəticəsidir. Helvesiy sübut edirdi ki, qadınların mülki cəhətdən cahil olması onların tərbiyyəsinin aşağı səviyyədə olduğundan irəli gəlir. XIX əsrin utopik sosializmi, rus inqilabçı demokratlar, o cümlədən marksizm həyat fəaliyyətinin bütün sahələrində qadınların kişilərlə eyni bərabər hüquqa malik olduğunu təsbit edirlər. Sen-Simon və Fürye tərəfindən təklif olunan ictimai həyatın ideal proyekti qender qarmoniyasını da nəzərdə tutmuşdur. Fürye söylədiyi fikir, – «qadın hüquqlarının genişləndirilməsi – sosial proqresin əsas prinsipidir» – qender münasibətlərinin mahiyyəti haqqında olan ictimai təsəvvürdə dönüş yaratmışdır. Qadınlar tək təbii reproduktiv deyil, sosial, mülki funksiyalarını yerinə yetirmə imkanındadırlar. Artıq qadınların azadlıq, bərabərlik hüquqlarından söhbət gedir. XIX əsrin rus inqilabi-demokrat cərəyanının görkəmli nümayəndəsi Çernişevski yazırdı: «Əlbəttə qadın və kişi xarakterində müəyyən təbii fərq olmalıdır, bu onların bioloji xüsusiyyətlərindən irəli gəlir. Lakin qadın əqlinin və xarakterinin formalaşmasına – tərbiyə, ictimai tələb, cəmiyyətdə və ailədə tutduğu yer daha mühüm təsir göstərir». 2. Feminist nəzəriyyə və sosial təcrübə Feminizm (latın sözü femina – qadın deməkdir) – qadın hüquqları mübarizəsində geniş ictimai hərəkat; qadınların cəmiyyətdə yerini təhlil edən sosial-fəlsəfi, sosioloji, psixoloji və sair nəzəriyyələrin kompleksidir. Feminizmin inkişafında hüquqi bərabərliyə çağıran, qadınların seçkilərdə iştirak etməsini tələb edən sufrajizm hərəkatı (ingilis dilində sufraj- səsvermə deməkdir) mühüm rol oynamışdır. XX əsrin ortalarında qadınların bu hüquqları əldə etməsi, istehsalata daha çox cəlb olunması feminist hərəkatını xeyli zəiflətmişdir, lakin 70-ci illərdə müxtəlif feminist qruplar və partiyalar yaranır, feminizm kütləvi xarakter daşıyır. Qadın azadlığının ideoloqları anladılar ki, qadın hüququnun məhdudlaşdırılmasının dərin köklərini üzə çıxarmaq gərəkdir. Feminist ədəbiyyatında qadın varlığının nəzəri cəhətdən dərk edilməsi məsələləri qaldırılır. Qadının cəmiyyətdə ikinci dərəcəli yer tutması bioloji funksiyasının və yaxud tarixdə olan ailə və cəmiyyətin məhdud formalarının nəticəsidirmi? Mədəniyyət qadınlara qarşı nə dərəcədə neytraldır, bəlkə də patriarxat xarakterlidir, kişilərin hakimliyini möhkəmləndirir. Bu məsələlərin aydınlaşdırılması kütləvi qadın hərəkatının məqsədinə çevrilir. Bütövlükdə feminizm nəzəriyyəçilərinin problemləri: birincisi, qender bütün sosial və institusional münasibətləri şərtləndirir; ikincisi, qender münasibətləri problemlidir, ziddiyyətli xarakter daşıyır; üçüncüsü, bu münasibətlər tarixin, sosial mədəniyyətin bəhrəsidir və onların yenidən qurulmasına ehtiyac var. Feminist görüşlərin əsas xüsusiyyətləri ondan ibarətdir ki, onlar qərb mədəniyyətini keçmiş zamanlarda olduğu kimi bu gün də patriarxat hesab edirlər. Qadın və kişilər sosial rollarını yerinə yetirərkən qeyri-bərabər hüquqdan çıxış edirlər. Bu cür mədəniyyətdə qadın ikinci varlıqlır. Feminist nəzəriyyəçiləri qadın azadlığı uğrunda gedən mübarizədə bir çox dövlətlərdə onlara verilən hüquqları, təhsil almaq imkanını mühüm əhəmiyyətli hesab edirlər. Lakin qeyd edirlər ki, bu hüquqlar formal xarakter daşıyır, çünki patriarxat mədəniyyətə görə qadın tabelik rolunu oynayır. Feminist müəlliflərə görə mədəniyyətin patriarxat orientasiyası bütün sahələrdə özünü biruzə verir. İlk əvvəl geniş mənada başa düşülən hakimiyyət (yəni qərar qəbul etmək) kişilərin əlindədir. Hakimiyyətdə kişi xüsusiyyətləri təcəssüm olunur – qətilik, təcavüzkarlıq, üstün olmaq. Əxlaqın əsas meyarları olan şəxsi azadlıq, tam bərabərlik hüququ yalnız kişilərə mənsubdur. Qadın ailədə istismar edilir işlədikdə isə bu istismarçılıq ikiqat artır, çünki həm istehsalatda, həm də ailədə olan qaydalar patriarxat modeli üzrə qurulur. Qərb incəsənəti qadın kultu yaradır, onu məhəbbət və gözəllik ilahəsi adlandırır, lakin mahiyyətini kişinin estetik və seksual tələbatı ilə bağlayır. Müasir kinonun, televiziyanın, reklamın da apardığı təbliğat bu səmtədir. Bütün sənaye sistemi, qadınlar üçün işləyən kosmetik biznes-patriarxat mədəniyyətlə yaranan imicə riayət etməsini tələb edir. Feministlərin fikrincə qadınların fəaliyyəti iqtisadi tərəfdən də məhdudlaşdırılır. XIX əsrə qədər qadının leqal iqtisadi statusu olmayıb; nigah bağlandıqda öz əmlakını idarə etmək hüququndan məhrum edilirdi. Müasir dövrdə bu məcburiyyət növü gizli şəkildə həyata keçirilir (eyni əməyə görə fərqli ödəmə haqqı; yüksək ödənişli peşələrə yiyələnməsinin çətinləşdirilməsi). Çox zaman məcburiyyət hüquq normalarından istifadə etməklə həyata keçirilir. Ənənəyə görə qadın əxlaqsızlığı bəzi ölkələrdə ölümlə cəzalandırılır. Dövlət tərəfindən döğuş üzərində aparılan nəzarət, qeyri-leqal abortlara şərait yaradır və bu çox zaman ölüm faktları ilə nəticələnir. Feministlərin məqsədi patriarxat mədəniyyətə meydan oxumaq, ictimai şüurda möhkəmlənmiş fikirləri dəyişdirmək, sosial reallıqda, təhsil sahələrində reviziya aparmaqdır. Bunlarsız həqiqi qadın azadlığı mümkün deyil. Qadınlara ikinci dərəcəli varlıq kimi baxan mədəniyyət nə kişilər, nə də qadınlar üçün həqiqi mənada demokratik, humanist ola bilməz. Əksinə dünyada mənfi potensial özünü biruzə verir, təcavüz ambisiyaların toqquşmasına səbəb olur. Feministlərin fikrincə tarazlaşdırılmsış mədəniyyətdə qadınlırın rolu və mənəvi potensialları cəmiyyət üçün dəyərli, qiymətli hesab edilərsə, bu konstruktiv addım olardı. O cümlədən mənəvi və maddi həyatda qadın ana xüsusiyyətlərinin təzahür olunması, məsələn – dözüm, altruizm və sairə çox əhəmiyyətlidir. Qadınların istismarı feminizmdə bir mənalı qəbul olunmasına baxmayaraq, onun səbəbləri haqqında olan fikirlər mübahisəlidir. Müxtəlif feminist konsepsiyaların qeyd etdikləri səbəblər biri-birindən fərqlidir. Təbii ki, bu onların verdiyi tövsiyələrə də aiddir. Liberal feminizm. Liberalizmin ideyaları maarifçiliyə əsaslanır, idrakın ənənəyə üstünlüyünü, humanitarizmin imkansız sosial qruplarda yayılmasını, bəşəriyyətin daha yaxşı rifah halını nəzərdə tutur. Əslində liberalizm fəlsəfənin şəxsi azadlıq prinsipinə arxalanır, hər bir insanın ictimai rəydən, qanundan asılı olmayaraq öz seçimində azaddır. 1792-ci ildə M.Volstounkraft Londanda dərc olunmuş əsərində qadın hüquqlarını qətiyyətlə müdafiə edir. On beş ildən sonra Q.T.Mill həmkarı D.S.Millemnən birlikdə öz esselerində qadın azadlığına haqq qazandırırlar. Onlar qeyd edirlər ki, qadın rasional düşüncəyə malikdir, kişilər təmin olunmuş hüquqlara, qadınlar da tam layiqdir. Qadın seksual obyekt kimi qəbul edildiyi üçün, ona mülayimlik, itaət, qənaətkar keyfiyyətlərini tərbiyə verməyə çalışırdılar. Beləliklə «təbii» qadın zəifliyi, onun irrosionallığı – təhsilin kişilərdən asılılığının, alçaldılmış sosializasiyasının nəticəsidir. Bu müəlliflər ən aktual problemləri qaldırırlar, məsələn, kişilərdən olan hüquqi, iqtisadi, sosial asılılıq dayandırılsın, yüksək təhsil almağa imkan yaradılsın, seçkilərdə bərabər hüquqla çıxış etsinlər, qadınların statusunu yaxşılaşdırmağa zəmanət verən qanunlar qəbul olunsun. Liberal feministlər sosial reformaları aparmaq üçün idrakın, zəkanın qüvvətinə inanırlar. Bərabərsizliyi praktiki cəhətdən aradan qaldırmaq üçün hüquq bərabərliyinin pozulmasının qarşısını alan proqramlar tərtib edirlər. XIX–XX əsrlərdə qadın hüquqlarının müdafiəsi uğrunda hərəkat bu məsələyə maarifçilik doktrinasından yanaşır – evdar qadının statusunun dəyişdiriliməsi, onun mülkiyyətinin qorunması, boşanmanın liberallaşdırılması, evdar qadına iqtisadi avtonomiyanın verilmə tələblərini irəli sürür. Liberal reformalar qadınlar üçün geniş imkanlar yaratmışdır və qadın hüquqları haqqında müsbət ictimai rəy formalaşdırmışdır. Lakin liberal reformaların tənqidi göstərdi ki, qadınlar arasında bərabərlik əldə olunmamışdır. 70-80-ci illərdə liberal feministlər hakimiyyətə can atır, hüquq bərabərliyinin pozulmasına qarşı çıxış edir. Bu əlbəttə ictimai rəyin formalaşmasına köməklik edir, bəzi hüquqların məhdudlaşdırılması tənqidçilər tərəfindən araşdırılır və bütün bu problemləri daha dərindən öyrənməyə imkan yaradır. Sosial feminizm. Əgər liberal feministlər qadın istismarının səbəbini qender rolunun doğma kimi qəbul olunması ilə əlaqələndirirlərsə, sosial feministlər bu səbəbi qadınların iqtisadiyyata cəlb olunmasında görürlər. Əslində, sosialistlər liberallar tərəfindən təcrid olunmuş, şəxsiyyətlərin abstrakt hüquqları konseptinə zərərli mif kimi baxırlar. Sosialfeminizmə yaxın olan marksist feminizm iddia edir ki, qadının incidilməsi xüsusi mülkiyyətin yaranmasının nəticəsidir. Qadınlar kapitalizmdə istismar edilir, əgər o sosializmlə əvəz olunarsa qender bərabərsizliyi aradan götürülər. Bu haqsızlıq kapitalizmdən də əvvəlki dövrdə, həmçinin sosializm sistemində özünü biruzə verməsinə baxmayaraq, müasir sosial-feministlər ənənəvi marksist feministlərini tənqid edirlər, çünki onlar qender bərabərsizliyinin səbəbini iqtisadi mənbələrlə əlaqələndirirlər. Sosial-feministlər qender münasibətlərinin siniflərlə əlaqəsi olduğu problemini mükəmməlləşdirmişlər. Siniflər arası sosial bərabərsizliyin aradan götürülməsi, qadınlara qarşı olan haqqsızlığı aradan qaldırmır. Patriarxat başqa iqtisadisiyasi sistemlərdə də mövcuddur. Sosial-feminstlərin əsas tədqiq etdiyi problemlər: birincisi – kapitalist sisteminin mükəmməlləşdirilməsində evdar qadının rolu. 1969-cu ildə Marqaret Beston öz əsərlərinin birində qadınların evdə gördüyü işin az qiymətləndirilməsini, gözə görünmədiyini və ödənilmədiyini qeyd etmişir. Bu məsələnin tədqiqi ictimai rəyin formalaşmasına böyük təsir göstərmişdir. Ev işlərinin məsuliyyəti ödənişli əməklə bərabər qadınların həyat tərzinin ağır olunmasını sübut edir. İkincisi – qadınların ödənişli işçi və istehsalın xüsusiyyətləri probleminin diskussiyası. Qadınlar öz vaxtını və diqqətini uşaqlarına, ailəsinə sərf etmədiyi dövrdə özünü hardasa müqəssir hesab edir. Qadınların işlə təmin olunmasında haqsızlığa yol verilməsi təssüflər doğurur. Bir çox tədqiqatlar göstərmişdir ki, qadınların analıq funksiyası onların ikinci dərəcəli statusunun formalaşmasına təsir edir. Kişilərin həyat yoldaşının və uşaqlarının maddi cəhətdən ondan asılı olduğu üçün əmək haqlarının daha yüksək olması tənqid olunur. Qadınların sosializasiyasında ailə mühüm rol oynayır. Bütün başqa nəzəriyyəçilərdən fərqli olaraq sosial feministlər ailə məşğulluğunun strategiyasını öyrənirlər və ənənəvi dəyərləri, davranış tərzini müəyyən edirlər. Kapitalist sisteminə qadın və kişilərin streotip həyat tərzi sərfəlidir. Kişilərdə kapitalist iqtisadiyyatında müvəffəqiyyət qazanmaq üçün lazım olan keyfiyyətlər – rəqabətçilik, təcavüzkarlıq, müstəqillik sosiallaşdırılmışdır. Sosial feminizm təcrübüni ideologiyanı, şüurluluğun tərbiyəsini tədqiq edirlər. Sosial feministlər pozitiv dəyişikliklərə gətirən yeni strukturların yaranması tələbini irəli sürürlər. Seksual və kriminal zorakılığa məruz qalanlara kömək məqsədi ilə yaradılmış mərkəzlər, kiçik biznes alternativ şüur növünün və davranışının stimullaşdırılmasına yönələn yeni strukturlardır. İdeologiyanın təhlili sosial feminizmin işini istiqamətləndirir. İdeologiya termini müxtəlif mənalarda istifadə olunur. Marksizmə görə ideologiya – şüurun yanlış növüdür, digərləri isə ideologiya anlayışının təhlilinə ənənəvi nöqteyi nəzərdən yanaşırlar. Radikal feminizm. Bu cərəyanın nümayəndələrindən biri Keyt Milletdir. O, «Seksual siyasət» əsərində patriarxat münasibətlərinin hakimiyyət tərəfindən yaradıldığını iddia edir. Radikal feministlər qadınların bərabərsizliyinin və istismarının səbəbini kişilərin bütün sahələrdə üstün olduğunda görürlər. Patriarxal münasibətlər kasta sisteminə bənzəyir, kişilər təbiətcə çox gücə malik olduğu üçün qadınlar üzərində hakimlik edirlər. Kişilərin arasında ictimai hakimiyyət bölgüsünün fərqli olmasına baxmayaraq, onların hamısı patriarxat tərəfdarlarıdır. Kişilərin maraqları bir-birinə zidd ola bilər, lakin qadının cəmiyyətdə tutduğu yerə olan münasibətdə onların fikri həmrəydir. Radikal feministlər hesab edir ki, qadınların bərabərsizliyi, şəxsi münasibətlərdə seksual partnyorluqda, ailədə başlayır. Şəxsi münasibətlər siyasi xarakter daşıyır, çünki müxtəlif təhsil dərəcəsinə əsaslanır və mədəniyyətin bütün aspektlərində daha da güclənir. Din, hüquq, ənənə, təhsil, kütləvi informasiya vasitələri, patriarxal münasibətləri əks etdirir. Radikal feministlər kişilərin qadınlar üzərində hakimlik etməsində seksuallığın, zor gücünün tətbiq olunmasının müəyyən rol oynadığını qeyd edirlər. Qadın seksuallığı kişi seksuallığının terminlərində təfsir edildiyi üçün qadınlar siyasi, iqtisadi, sosial münasibətlərdə kişilərlə bərabar hüquqda deyildirlər. Ona görə də geteroseksual münasibətlər eqolitar ola bilməzlər. Kişilərin seksual münasibətlərdə hegemonluğu qanuniləşdirilib, onların davranışı aqressiv, qadınların isə passiv xarakter daşıyır. Kişi qadın seksuallığından özünün şəxsi istəyinin ödənilməsi üçün istifadə edir. Məhdudlaşdırılmış kontrasepsiya, sterilizasiya, abort haqqında qanunvericilik kişilərin qadın seksuallığı üzərində olan nəzarətini sübut edir. Bu cərəyanın nümayəndələri hesab edir ki, kişilər qadınların üzərində hakimlik etmək üçün zor gücündən istifadə edirlər. Qadınlara qarşı olan zorakılığın aradan götürülməsi radikal feministlərin siyasətinin əsas məqsədidir. Patriarxatdan necə qurtulmaq olar? İlk növbədə qender, cinsiyyət statusunu məhv etmək lazımdır. Patriarxata qarşı azadlıq mübarizəsində qadınlar həmrəy olmalıdırlar. Patriarxata qarşı mübarizədə mühüm strategiyadan biri, qadınların pozitiv imkanlarının qüvvətləndirilməsinə yönələn mədəniyyət növlərinin yaradılmasıdır. Kişilərin hakimiyyətdən qurtulmaq üçün qadın korporativ klinikaları, klubları yaranır. Radikal feministlər yeni ictimai qaydanın – qadınların kişilərdən ayrı keçirdiyi vaxt yerlərinin olmasının tərəfdarlarıdırlar və məhz bu fikir ümumiyyətlə feminizmə qarşı neqativ reaksiyanı gücləndirir. Feministlər klassik sosiologiyanı sosioloji metodun prinsiplərini tənqid edirlər və alternativ metodologiya təklif edirlər. Məlumdur ki, sosioloji metoda görə, obyektiv tədqiqat üçün subyektiv emosiyadan, hisslərdən kənar olmalıdır və bu sosial biliyin etibarlı mükəmməl olmasına əsas zəmindir. Feministlər isə təsbit edirlər ki, tədqiqatçı emosionallıqdan kənarda qalmır və mövcud olan sosial qurumun qorunub saxlanılmasına köməklik edir. Dyurkqeym sübut etməyə çalışır ki, tədqiqatın predmeti obyektiv reallıqdır. Feministlər isə sosial reallığı kontekstual hesab edirlər. Sosial reallıq dərk edənin və dərk edilə bilinənin qarşılıqlı əlaqəsindən əmələ gəlir. Bütün bu prosesə, onun nəticələrinə şəxsi və qrup təcrübəsi təsir edir. İctimai həyat və tədqiqatçı təcrübəsi spesifik qenderlidir. Pozitivist sosiologiyası kişilərin maraqlarını müdafiə edir və həyata keçirir. Sosial bilik qender xüsusiyyətli olduğu üçün feministlər isbat edirlər ki, emomiyalar, mövhümat tədqiqatı istiqamətləndirir. Bu onun predmetini müəyyən edir, qoyduğu məsələlərə, kateqorial aparatının formalaşmasına öz təsirini göstərir. Dyükqeym fəlsəfənin sosioloji metodologiyaya olan təsirini inkar edir. Lakin onun bu fikrini feministlər rədd edir və ideologiyanın elmə, o cümlədən sosiologiyaya olan təsirini sübut etməyə çalışırlar. Feministlər dərk etmə prosesinin obyekti və subyekti haqqında olan klassik sosioloji təsəvvürləri öyrənirlər və onlara yeni təriflər verirlər. Məsələn, dərk etmə prosesinin subyekti termini konkretləşir. Əsas subyekt hakim sosial pozisiyanı tutan kişilərdir. Empirik yolla əldə olunan sosial faktlar şübhə doğurur. Muasir sosiologiya kişi aləminə daha çox diqqət yetirir, lakin qadın dünyasından lazımi informasiya vermir. Kifayət qədər həqiqi, düzgün olmayan informasiya dezinformasiyaya çevrilr. Beləliklə sosial biliyin obyektivliyi real deyil. Subyektin müəyyn bir ideologiyadan çıxış etməsi və mənfəətdarlığı mütləqdir, ona görə də pozitivizmin dekonstruksiyası zəruri hesab olunur. Klassik sosiologiya siyasi xarakter daşıyır patriarxat ideologiyasını müdafiə edir, ümuilikdə kişi hakimliyinə bəraət qazandırır. Feminizm sosioloji tədqiqatın diqqət mərkəzində olan ənənəvi təcrübədən fərqli olaraq, qadın təcrübəsini dərk etməyə çalışır. Bu yalnız qadınlara xas olan spesifik təcrübəni, diskriminasiyaya qarşı hərəkatda iştirak edən qadınların və tədqiqatçı qadınların təcrübəsini nəzərdə tutur. Qadın təcrübəsi üçün əhəmiyyətli olan şərtlər – ailə, emosiya, seksuallıq isə uzun illər tədqiq olunmurdu. Qadın təcrübəsi feminist tədqiqatlarında əsas yer tutur. Feminizm kişilərin və qadınların bərabər imkanları uğrunda mübarizə aparır. 1960-ci illərdə, kütləvi təşviş zamanı, tələbə qızlar sonradan isə qadın hərəkatının fəalları müxtəlif protest aksiyalarında iştirak etmişlər. Kütləvi protestlər zəiflədikdə isə feminist hərəkatçıları qadın bərabərsizliyinin səbəblərini müəyyən etməyə cəhd göstərirlər. Koqnitiv protest çərivəsində klassik sosiologiya tənqid predmetinə çevrilir. Son iyirmi ildə feinistlər sosiologiyanın diqqətini qadın təcrübəsinə cəlb etməyə çalışırlar. Feminist nəzəriyyəsinin çərçivəsində bir neçə koqnitiv təcrübə formalaşmışdır. Empirizm feminist epistemologiya kimi / insanın zahiri dünyanı necə dərk edilməsi təlimi / elə bir tədqiqat strateqiyasıdır ki, sosial biliyin alınması prosesinə qadınların cəlb olunmasını öz məqsədinə çevirir. İnstituta daxil olan qadınların sayını artırmaq üçün kvotalar həyata keçirilməlidir. Liberal feministlər təhsil şəraitinin yaxşılaşdırılmasını və qadınların müxtəlif peşələrə yiyələnməsi üçün imkan yaradılmasını tələb edirlər. Qadınların cəlb olunma strategiyasının ikinci variantı – ənənəvi tədqiqat sahələrində qadın tematikasının formalaşması. Nəhayət axırıncı variant – zorakılıqla, çətinliklə, haqsızlıqla bağlı olan spesifik qadın təcrübəsinin öyrənilməsi. Pozision yanaşma çərçivəsində təsbit olunur ki, obyektiv bilik yalnız ümumi qadın təcrübəsinin (deskriminasiya, müqavimət təcrübəsi) əsasında alına bilər. Qadın həssas, güclü hissiyyata malik olan subyekt kimi qəbul olunmalıdır və bu baxımdan onun təcrübəsinə müraciət çox vacibdir. Kişilərin maraq sahəsi olmayan cəhətlər, məsələn – emosiya, seksuallıq predmetinə çevrilir. Qeyri-rəsmi sahə reabilitasiya qazanır, gündəlik təcrübə isə artıq təhlil predmetidir. Qadın fəaliyyəti ilk növbədə hissiyyat təcrübəsi, tərbiyə ilə bağlıdır. Qadınların uşaqlarla bağlı olan təcrübəsini dərk etmək üçün onların qayğı münasibətlərinin emosionallığını tədqiq etmək hesab olunur. Bundan başqa qadın hərakatında iştirak edərək toplanan təcrübə sosial dəyişikliklərin perspektivlərini müəyyən etməyə köməklik edir. Tənqidi mövqedən yanaşma qender stratifikasiyasının haqqsızlığını üzə çıxarır. Alternativ epistemologiyanın başqa variantı postmodernizmin çərçivəsinə daxildir. Nəzəriyyədən ayrı müstəqil «neytral» faktlar ideyası inkar edilir. Əldə edilən bilik dərk edənin maraq təsirinin nəticəsi ilə bağlıdır. Hər hansı bilik (o cümlədən sosioloji) hakimiyyətin mədəni istehsalıdır, ona görə obyektiv həqiqət iddiası əsassızdır. Postmodernist metodologiya bilik və hakimiyyətin bölünməzliyini təsbit edir. Əldə edilən bilik həqiqi hesab edilərsə, o hakimiyyətin imperativinə çevrilir. Feminist hərəkatının əsas məqsədi qender kateqoriyalarını dekonstruksiya etməkdir. İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYATIN SİYAHISI 1. Айвазова С. К истории феминизма// Общественные науки и современность, 1992, № 6 2. Гендер и общество /под ред. Широбоковой А.А. и др./. – Иркутск, 2001. 3. Гендерные исследования: феминистская методология в социальных науках. – Харьков, 1998 4. Гидденс Э. Социология. – М., 1999 5. Женщина. Гендер. Культура /под ред. Хоткина 3./. М.,1998 6. Женщины и мужчины в Азербайджане /на азерб. яз./ - Б., 1999 7. Колесов Д.В. Пол и секс в современном обществе. – М.,1999 8. Курбатов В.И. Современная западная социология. - Ростов-на-Дону 2001 9. Мовсумова Л.Д. Проблема женщины в духовной культуре Азербайджана. – Б., 1996 10. Римашевская Н.М. Женщины в обществе: реалии, проблемы, прогнозы. – М., 1991 11. Римашевская Н.М. Женщина в меняющемся мире. - М.,1992 12. Симона де Бовуар. Второй пол. - М., СПб. 1997 13. Смелзер Н. Социология. – М., 1994 14. Современная западная социология: Словарь. - М.,1990 15. Теория и история феминизма /под ред. Жеребкиной И./. - Харьков,1996 Яновский Р.Г. Женщина и общество: социально-политический аспект. Социологические исследования, 1992, № 5