T Ü R K O L O G İ Y A NEKROLOQLAR НЕКРОЛОГИ OBITUARIES
Transkript
T Ü R K O L O G İ Y A NEKROLOQLAR НЕКРОЛОГИ OBITUARIES
TÜRKOLOGİYA №1 2016 NEK ROLOQLAR НЕКРОЛОГИ OBITUARIES TOFİQ HACIYEV Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun direktoru, Bakı Dövlət Universitetinin Türkologiya kafedrasının müdiri, Əməkdar elm xadimi, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, filologiya elmləri doktoru, professor Tofiq İsmayıl oğlu Hacıyev 27 noyabr 2015-ci ildə (80 yaşında) əbədiyyətə qovuşdu. T.Hacıyev 1936-cı il mayın 1-də Azərbaycan Respublikası Cəbrayıl rayonunun Soltanlı kəndində doğulmuşdur. 1958-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. Onun elmi fəaliyyəti filologiya elmləri namizədi alimlik dərəcəsi almaq üçün 1962-ci ildə müdafiə etdiyi “Azərbaycan dilinin Cəbrayıl şivəsi” mövzusundakı dissertasiyası ilə başlayır. Azərbaycan dili şivələrinin monoqrafik üsulla öyrənilməsinə həsr edilmiş ən yaxşı əsərlərindən biri olan bu araşdırmada Cəbrayıl rayonu şivələrinin keçid xarakterdə olması elmi şəkildə əsaslandırılmış, türkologiya üçün maraqlı olan bir çox faktlar ilk dəfə aşkara çıxarılmışdır. T.Hacıyev sonralar elmi axtarışlarını yeni bir istiqamətdə davam etdirmiş, 1969-cu ildə “XX əsrin əvvəllərində Azərbaycan ədəbi dili” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. 1962-ci ildən Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun Azərbaycan dili və ədəbiyyatı kafedrasında işləyən T.Hacıyev 1970-ci ildən pedaqoji fəaliyyətini Azərbaycan Dövlət Universitetinin Türkologiya kafedrasında davam etdirmişdir. 1965-ci ildə dosent, 1972-ci ildə professor adını almışdır. T.Hacıyev 1985-ci ildən Azərbaycan Dövlət Universitetinin (1990-cı ildən Bakı Dövlət Universiteti) Türkologiya kafedrasının müdiri vəzifəsində işləmişdir. O, Azərbaycan Respublikasının Maarif naziri (1993), Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun direktoru (2013-2015) vəzifələrində işləmişdir. T.Hacıyev dilçilik və ədəbiyyatşünaslığın müxtəlif problemlərinə həsr olunmuş 35 kitabın, 500-dən çox elmi və elmikütləvi məqalənin müəllifi kimi təkcə vətəndə deyil, dünya elmi mərkəzlərində nüfuzlu türkoloq kimi tanınmışdır. Dil tarixi, dialektologiya, müqayisəli-tarixi türkologiya, üslubiyyat və ədəbiyyatşünaslıq mə- NEKROLOQLAR sələlərinə dair sanballı elmi əsərləri türk dünyasında ona şöhrət qazandırmışdır. T.Hacıyev 1976-cı ildə “Azərbaycan ədəbi dili tarixi (təşəkkül dövrü)” əsərini tədris vəsaiti kimi nəşr etdirmişdir. 1987-ci ildə onun “Azərbaycan ədəbi dili tarixi” (II hissə) əsəri ali məktəblər üçün dərslik kimi çap olunmuşdur. Alimin Azərbaycan ədəbi dili tarixinə dair mülahizələri K.N.Vəliyevlə birlikdə hazırladığı “Azərbaycan dili tarixi” (1983) dərs vəsaitində, Azərbaycan Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunda hazırlanmış “Azərbaycan ədəbi dili tarixi” (1991) adlı kitabda (bu kitabın mühüm hissəsi T.Hacıyev tərəfindən yazılmışdır) və Z.Budaqova ilə birlikdə yazdığı “Azərbaycan dili” (1992) əsərində daha da inkişaf etdirilmişdir. T.Hacıyevin bir sıra araşdırmaları Azərbaycan dilinin tarixi üslubiyyatı sahəsindədir. Tədqiqatçının zəngin faktlar və dərin elmi təhlil əsasında yazdığı “Satira dili” (1975), “Yazıçı dili və ideya-bədii təhlil” (1979), “Molla Nəsrəddinin dili və üslubu” (1983), “Füzuli: dil sənətkarlığı” (1994) kitabları Azərbaycan filologiyasında bu istiqamətdə aparılmış nümunəvi araşdırmalardandır. Bədii dili dərinliyi ilə duyan, onu bütün incəlikləri ilə təhlil edən alim müasir ədəbi-bədii dil prosesini daima izləmiş, müasir şair və yazıçıların yaradıcılığını və bədii dilinə həsr edilmiş məqalələr nəşr etdirmişdir. Bu cəhətdən onun “Şeirimiz, nəsrimiz, ədəbi dilimiz” (1990) əsəri bədii dilin sirlərini öyrənmək istəyən tədqiqatçıların stolüstü kitabı оlmuşdur. T.Hacıyevin bir sıra məqalələri türkologiyanın aktual məsələlərinə həsr edilmişdir. Onun rus dilində nəşr olunmuş “Türk dillərində eminatların mənşəyi haqqında” (1971), “Türk dillərində qədim morfemlərin bərpası” (1987), “Tarixi qrammatika və ədəbi dil tarixi” fənlərinə diferensial yanaşma” (1988) və s. məqalələri türkologiya elmi üçün qiymətli əsərlərdir. “Azərbaycan ədəbi dilinin tarixi” (2012, I, II h.) əsərində Azərbaycan ədəbi dilinin inkişaf tarixi hər bir dövrün qay- 143 naqlarına əsaslanaraq sistemli şəkildə araşdırılmışdır. Yeni nəşr olunan “Dədə Qorqud kitabı”: tariximizin ilk yazılı dərsliyi” (2014) əsəri zəngin müddəaları, elmi dəyəri ilə türkologiyada mühüm hadisələrdən hesab edilmişdir. T.Hacıyev orta ümumtəhsil məktəbləri üçün Azərbaycan dili proqramının və dərsliklərinin hazırlanması işində də iştirak etmişdir. O, orta məktəblərin 10-11-ci sinifləri üçün “Azərbaycan dili” dərsliyinin müəlliflərindən biridir. T.Hacıyevin elmi maraq dairəsi dilçiliklə məhdudlaşmır. O, ədəbiyyatşünaslıq məsələlərinin tədqiqi ilə də məşğul olmuşdur. 1988-ci ildə nəşr olunmuş “Azərbaycan sovet ədəbiyyatı” dərsliyində “Əli Kərim” oçerki onun qələminə məxsusdur. Alimin “Sabir: qaynaqlar və sələflər” (1980), “Şeirimiz, nəsrimiz, ədəbi dilimiz” (1990), “Dədə Qorqud: dilimiz, düşüncəmiz” (1990), “Dədə Qorqud kitabı ensiklopediyası”nın (2000) aparıcı müəlliflərindən biri və birinci cildin redaktorudur. Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunda 2001-ci ildən nəşr olunan “Dədə Qorqud” elmi ədəbi toplusu da onun redaktəsi ilə çıxmışdır. T.Hacıyev son illər türkologiya elmi üçün maraq doğuran bir neçə əsəri: Murad Adcının “Qıpcaq cölünün yovşanı” kitabını, B.Serebrennikov və N.Hacıyevanın “Türk dillərinin müqayisəli tarixi qrammatikası”nı və IX əsr bulqar şairi Mikayıl Baştunun “Şan qızı dastanı” poemasını rus dilindən Azərbaycan dilinə tərcümə edərək nəşr etdirmişdir. T.Hacıyev elmi konfranslarda müntəzəm olaraq iştirak etmişdir. O, sovet dövründə Bakı, Kişinyov, Yerevan, Almatı, Düşənbə, Nukus, Nalçik, Bişkek və Ufa şəhərlərində keçirilmiş dilçilik müşavirələrində dəyərli məruzələrlə çıxış etmişdir. Sonralar o, Qayseri, Tehran, Antalya, Bakı, Ankara, Urmiya, Bursa, Konya, Təbriz və İzmir şəhərlərində keçirilmiş elmi konqres və qurultaylarda məruzələr etmişdir. T.Hacıyevin elmi kadrların hazırlanması sahəsində də mühüm xidmətləri olmuşdur. O, minlərlə filoloq müəllim, 144 NEKROLOQLAR 30-a yaxın fəlsəfə doktoru və elmlər doktoru yetişdirmişdir. Alim elmi fəaliyyətinə görə “Şöhrət” ordeni və “Ləyaqət nişanı” ilə təltif olunmuşdur. T.Hacıyevin türkologiya elmi və türk dünyası qarşısındakı xidmətləri təkcə Azərbaycan Respublikasında deyil, Türkiyə Cümhuriyyətində də yüksək qiymətləndirilmişdir. 1995-ci ildə Türkiyə Cümhuriyyəti Atatürk Dil, Tarix və Kültür Qurumuna fəxri üzv seçilmişdir. 1998-ci ildə Türkiyə Cümhuriyyətinin “Ləyaqət nişanı” ilə təltif olunmuşdur. Türkiyənin Sanatçılar və Yazarlar Vəqfinin 2002-ci il üzrə “Türk dünyasına xidmət” ödülünü almışdır. 2004-cü ildə Qaraman türk dili mükafatına, yenə həmin ildə Atatürk Dil Qurumunun Üstün Hizmət Baratına layiq görülmüşdür. Görkəmli azərbaycanşünas alim, dilçi, dünya şöhrətli türkoloq Tofiq İsmayıl oğlu Hacıyev türkologiya və Azərbaycan dilçiliyi sahəsində səmərəli və dəyərli araşdırmalarını ömrünün sonuna qədər davam etdirmişdir. O, bir çox xarici ölkələrdə elmi səfərlərdə olmuş, elm mərkəzlərində keçirilmiş dil qurultaylarında, konfrans, simpozium, konqres və uluslararası toplantılarda məruzələrlə çıxış etmiş, türkoloji dilçiliyin aktual problemlərinə dair dərin məzmunlu məruzələri ilə doğma vətənimizi layiqincə təmsil etmişdir. S.Sadıqova ____________ MƏHMƏT TƏLƏT TƏKİN Görkəmli türkoloq, professor Məhmət Tələt Təkin 28 noyabr 2015-ci ildə Bodrumda (Türkiyə) 88 yaşında vəfat etmişdir. M.Tələt Təkin 16 iyun 1927-ci ildə Türkiyənin Kırklareli vilayətinin Qəbzə qəzasının Tavşancıl kəndində anadan olmuş- dur. Heydərpaşa liseyini bitirdikdən sonra (1945) İstanbul Universitetinin Ədəbiyyat fakültəsində ali təhsil almışdır (1946-1951). Bir müddət İzmir, Trabzon və Bitlisdəki liseylərdə ədəbiyyat müəllimi işləmişdir. 1954-1956-cı illərdə hərbi xidmətdə olmuşdur. 1957-ci ildə müəllimlikdən istefa etmiş, Türk Dil Qurumunda çalışmışdır. 1961-ci ildə ABŞ-a gedərək Kaliforniya Universitetinin Yaxın Şərq dilləri şöbəsində doktorant olmuş, 1965-ci ildə “Orxon abidələri” mövzusunda dissertasiya müdafiə etmiş, Kaliforniya və İndiana universitetlərində türk dili və ədəbiyyatından dərs demişdir (1961-1972). M.Tələt Təkin 1972-ci ildə vətənə qayıtmış, Hacəttəpə Universitetində (Ankara) işləməyə başlamış, 1976-cı ildə “Volqa bulqar kitabələri və Volqa bulqar dili” əsərinə görə professor elmi adına layiq görülmüşdür. 1981-1991-ci illərdə həmin universitetin Türk dili və ədəbiyyatı kafedrasının müdiri olmuş, 1994-cü ildə pensiyaya çıxdıqdan sonra Ankaradakı Bilkənd Univer- NEKROLOQLAR sitetində (1996-1997) və İstanbuldakı Yedditəpə Universitetində (1997-2002) Türk dili və ədəbiyyatı kafedrasına rəhbərlik etmişdir. Yerli və xarici elmi jurnallarda türk və ingilis dillərində saysız-hesabsız məqalələrlə çıxış edən M.Tələt Təkin Göytürk dövrünün ən çətin problemləri, özəlliklə Orxon abidələri üzrə bir çox fundamental əsərlər qələmə almışdır. Bunlar ölkədə, eləcə də xaricdə böyük əks-səda doğurmuş, Türkiyədə çağdaş dilçiliyin formalaşmasında və sistemləşməsində mühüm rol oynamışdır. Onun sayəsində uzun illər yanlış qəbul edilən bəzi məsələlər öz gerçək həllini tapmışdır. Alimin dərin elmi məzmunlu məqalələri üç cilddə toplanmışdır: I. Altaistika (XVI+385 s.), II. Tarixi türk yazı dilləri (X+626 s.), III. Çağdaş türk dilləri (560 s.). Türklərin tarix boyu işlətdikləri əlifba sistemlərindən (ibrani, Suriya, yunan, erməni, göytürk, manixey, soğd, uyğur, ərəb, kiril, latın əlifbaları və Çin ideoqramları) bəhs 145 edən silsilə məqalələri isə olduqca maraqlı və informativdir. M.Tələt Təkin qələminə məxsus iyirmi kitab (3 kitab ingiliscədir): “A Grammar of Orkhon Turkic” (1968, 419 s.), “Ana Türkcede Asli Uzun Ünlüler”(1975, 278 s.), “Tuna Bulgarları ve Dilleri” (1987, 70 s.+12 s.), “XI. Yüzyıl Türk Şiiri” (1989, 272 s.), “Hunların Dili” (1993, 59 s.), “Japonca ve Altay Dilleri” (1993, 95 s.), “Türkoloji Eleştirileri” (1997, 408 s.) və s. türkoloqların masaüstü kitablarıdır. Alim A.N.Kononov, A.S.Ləvənd, M.Mansuroğlu, M.Ergin, Z.Korkmaz, L.S.Levitskaya, H.Boeschoten, L.Verhoeven, L.Johanson və başqa türkoloqların əsərlərinə rəylər yazmış, bir çox mütəxəssis və dəyərli kadrlar hazırlamışdır. Böyük erudisiya sahibi, görkəmli alim Məhmət Tələt Təkinin əziz xatirəsi türkologiya camiəsinin qəlbində daim yaşayacaqdır. R.Əskər __________ GEORGİ HAZAİ Böyük macar alimi, dünya şöhrətli türkoloq Georgi Hazai 7 yanvar 2016-cı ildə Macarıstanın paytaxtı Budapeştdə (84 yaşında) vəfat etmişdir. Georgi Hazai 30 aprel 1932-ci ildə Budapeştdə doğulmuşdur. 1954-cü ildə Bu- dapeştdəki Lorand Eötvös Universitetinin İncəsənət və humanitar elmlər fakültəsinin türkologiya şöbəsini bitirmiş, elmi fəaliyyətinə G.Nemethin rəhbərliyi altında araşdırmalar aparmaqla başlamışdır. 19541955-ci illərdə Makedoniyada və Bolqarıstanda yaşayan türklərin dilini tədqiq etmiş, 1956-1957-ci illərdə Sofiya Universitetində dərs demiş, türk dili üzrə doktorluq dissertasiyası müdafiə etmişdir. O, H.Vambery, B.Qabor, G.Almassy, J.Eckman, H.K.Tibor, G.Nemeth, L.Ligeti, A.Bodrogligeti kimi adlı-sanlı mütəxəssislər yetirmiş macar türkologiya məktəbinin ən tanınmış nümayəndələrindən biri idi. G.Hazai 1963-1983-cü illərdə Berlindəki Humboldt Universitetində işləmiş, Almaniya Elmlər Akademiyası nəzdindəki Turfan mətnləri üzrə araşdırma qrupuna 146 NEKROLOQLAR rəhbərlik etmişdir. 1983-cü ildə Budapeştə qayıdan türkoloq alim 1992-ci ilə qədər Macarıstan Elmlər Akademiyası nəşriyyatının baş direktoru olmuşdur. 1992-ci ildə Şimali Kipr Türk Respublikasındakı Akdeniz Universiteti Türkologiya şöbəsinin müdiri vəzifəsinə dəvət edilmiş, 2000-ci ilədək burada çalışmışdır. 2000-ci ildə yenidən vətənə qayıdan görkəmli alim Andras Universitetinin qurucu rektoru təyin edilmişdir. Təxminən 60 il davam edən elmi fəaliyyəti ərzində G.Hazai türkologiyanın müxtəlif sahələri üzrə 20 kitab və monoqrafiya, 300-dən artıq elmi məqalə yazmışdır. Bunlardan slavyan və türk dilləri haqqında araşdırmalar (“Makedoniyada türk ləhcələri”, 1959; “Balkanlarda slavyan dilləri ilə osmanlı türkcəsi arasındakı münasibətlər”, 1961; “Osmanlı türkcəsi XVII əsrdə”, 1973), rus və sovet türkoloqlarının biobiblioqrafik sözlüyü (“XVIII əsrdən 1979-cu ilə qədər türkologiya üzrə əl kitabı”), Barbara Kellner-Heinkele ilə həmmüəllifi olduğu “Türk dilçiliyi üzrə əl kitabı”, 1990), macarların dili və tarixi ilə bağlı əlyazmaların tədqiqi (“Tərcüman Mahmudun “Tarixi-üngürüş” əsəri, 19951998), əski türk əlyazmalarının nəşri (“Təzkirət-ül övliya”, 2002-2004; “Fərəc bəd əş-şiddə”, 2006) xüsusi dəyər kəsb edir. Görkəmli alim Avropada və dünyada nəşr edilən bir sıra elmi jurnalların və seriyaların redaksiya heyətinin üzvü olmuşdur. O, “Acea Orientalia Academiae Scientianum Hungariae” (Budapeşt), “Archivum Ottomanium” (Visbaden), “Bibliotheca Orientalis Hungarica” (Budapeşt), “Journal of Turkish Studies” (Kembric, ABŞ), “Orientalische Literaturzeitung” (Berlin), “Studien zur Sprache, Geschichte and Kultur der Turkvölker” (Freiburq), “Türkologischer Anzeiger/Turkology Annual” (Vyana), “Türk Dilleri Araştırmaları” (Ankara), “Zeitschrift fur Balkanologie” (Berlin – Visbaden) kimi elmi qurumların işində yaxından iştirak etmişdir. G.Hazai türkologiya sahəsindəki mühüm xidmətlərinə görə Türk Dil Qurumunun müxbir (1957) və fəxri üzvü (1982), Fin-Uyğur Cəmiyyətinin (Helsinki, 1978), Türk Tarix Qurumunun (1979) müxbir üzvü, Macarıstan Elmlər Akademiyasının müxbir (1982) və həqiqi üzvü (1995), Amerika Şərqşünaslar Cəmiyyətinin fəxri üzvü (2001), Ankara Universitetinin (1991), İstanbul Universitetinin (2013), Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun fəxri professoru (2006) seçilmiş, Almaniyanın, Macarıstanın və Türkiyənin müxtəlif ordenləri ilə təltif edilmişdir. Tanınmış alim ölkəmizdə aparılan türkoloji tədqiqatlarla daim maraqlanmış, müxtəlif beynəlxalq məclislərdə azərbaycanlı həmkarları ilə görüşmüş, dəyərli fikirlər irəli sürmüşdür. G.Hazai 2011-ci ildə öz şəxsi kitabxanasından 1.000 ədəd nadir kitab, jurnal və arxiv materialını Azərbaycan Milli Elmlər Akademiyasına bağışlamışdır. Kamal Abdulla və Mariya Keneşinin macar oxucusu üçün yazdıqları “Azərbaycan dilini öyrənirik” kitabının elmi redaktoru olmuşdur. 2014-cü ildə isə Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunun 80 illik yubileyinə qatılmış, özü ilə gətirdiyi xeyli kitab və jurnalı da AMEA-nın Mərkəzi Elmi Kitabxanasına təqdim etmişdir. Böyük türkoloq G.Hazainin adı türkologiya tarixində əbədi yaşayacaqdır. R.Əskər ____________ NEKROLOQLAR 147 FUAT GANİYEV 1804 tarihinde kurulan Kazan Üniversitesi, XIX. yüzyılın son çeyreğinde Polonya asıllı bilgin Jan Niecisław Ignacy Baudouin de Courtenay (Boduen de Kurtene; 1845-1929) ile Genel Dil Biliminde öne çıkarken; özellikle İbrahim Halfin, Mirza Aleksandr Kazem Bek, İ.N.Berezin, N.İlminskiy, V.Radlov, N.F.Katanov, V.A.Bogoroditskiy, G.Şeref, S.E.Malov, C.Velidi, G.Alpar, M.H.Kurbangaliyev, L.Celey gibi isimler sayesinde “Kazan Türkoloji Mektebi” olarak dünyada tanınmıştır. Son devirlerde ise Üzbek Bayçura, Mirfatih Zekiyev, Dilara Tumaşeva, Flora Safiullina, Ruzel Yusupov, Vahit Hakov, Ferit Hakimcanov, Ferit Yusupov gibi eserleri ile yurt dışında da bilinen Tatar dilci Türkologlarından biri Prof. Dr. F.Ganiyev idi. Fuat Eşraf oğlu Ganiyev 28.02.2016 tarihinde Kazan’da vefat etti; merhum bilgin için ertesi gün Tataristan Bilimler Akademisinde bir tören yapıldı ve Abdullah Tukay gibi Tatar meşhurlarının defnedildiği Kazan Tatar Bistesi Kabristanına defnedildi. 01.08.1930 tarihinde bugünkü Başkurdistan’ın Salavat rayonu Nesibaş köyünde dünyaya gelen Eşraf oğlu Fuat Ganiyev esasen Kazan’da yetişmiştir. 1954’te Kazan Devlet Üniversitesi Tarihi Filoloji Fakülte- sini bitirdikten sonra okul müdürü ve Tataristan Kitap Neşriyatında editör olarak çalışan genç uzmanın 1959’dan sonraki akademik kariyeri Galimcan İbrahim Dil, Edebiyat ve Tarih Enstitüsünde “doktorantura” ile başlayır; 1963’de doktorluk tezini savunur: «Видовая характеристика глаголов татарского языка: проблема глагольного вида в татарском языке», 179 s. [= “Tatar dilinde fiillerin görünüş özelliği”] 1977’deki “doktorluk” tezi de «Суффиксальное словообразование в татарском литературном языке», 231s. [= “Çağdaş Tatar edebi dilinde ekli söz yapımı”] başlıklı çalışmadır. Tezlerinde söz yapımı ve Tatarcanın söz varlığı üzerine çalışan Prof. Dr. F.Ganiyev’in önde gelen sözlükçülerden biri olarak yetiştiği görülüyor. Nitekim F.Ganiyev, Galimcan İbrahim adını taşıyan bu bilim yuvasının dünyada tanınmış en önemli yayınlarından sayılan Tatar Tělěněñ Añlatmalı Süzlěgě başlıklı Tatarcanın en büyük dil abidesinin de yazarlarından biridir: L.T.Mahmutova; M.G.Möhemmediyev; K.S.Sabirov; Ş.S.Hanbikova; İ.A.Abdullin; S.B.Vahitova; F.M.Gazizova; L.R.Gaynanova; F.E.Ganiyev; R.G.Ehmetyanov; G.H.Ahuncanov; R.R.Mingulova. Her sayfası iki kolon halinde ve üç büyük cilt tutan toplam 2036 sayfalık [1. cilt 476 sayfa (1977); 2. cilt 728 sayfa (1979); 3. cilt 832 sayfa (1981)] bu dev sözlükte 32.880 madde başı ve 14.010 adet kelime grubu ve deyim vardır. F.Ganiyev bu sözlüğün K harfinin 197.-325. sayfalar arasını; 326.-352. sayfalar arasındaki L harfi; 395.-481. arasındaki Ç harfi ile 693.-718. arasındaki Ö harfi materyalini hazırlamış ve yazmıştır. Tatar edebiyatının klasik anıtları ile yaşayan yazarların eserlerinden ve zengin Tatar folklorundan örneklerle tanık verilen bu sözlük halen bir benzeri olmayan Tatarcanın en büyük leksikografik anıtıdır (Geniş bilgi için bk. Öner 1999). Tatarcanın leksikografi tarihi epey eskilere dayanmaktadır. Daha XVII. Yüzyıl sonlarında başlayan Rusça-Tatarca iki dilli sözlüklerin ilk örnekleri, halen yazma olarak 148 NEKROLOQLAR St. Peterburg Bilimler Akademisi Arşivinde saklanmaktadır: V.N.Tatişçev, P.İ.Rıçkov, M.Gabdrahmanov, Mindiyar Bikçurin, Nijgorod piskoposu Damaskin ve nihayet Said Halfin’in katkılarıyla oluşan bu literatür, özellikle XIX. Yüzyılda Kayyum Nasıri ile gelişmiştir (bk. Nogman 1969). XX. yüzyıl başlarında G.Nugaybek, F.Amirhanov, M.Kurbanov, S.Fayzullin, S.Rahmankululov, A.Karam gibi sözlükçüler, bu Kazan sözlük mektebinin meşhur yazarlarıdır (bk. Yusupova 2008; Yakubova 1988; Öner 1999). Sovyet devrinde yazılan en büyük sözlük ise «Русско-татарский словарь», (Kazan, 1971, 803 s.) olmuştur [Hazırlayanlar: R.S.Gazizov; K.S.Sabirov; L.T.Mehmütova; E.M.Ahuncanov; F.H.Hesenov; F.A.Ganiyev; H.N.Möhemmetşin]. Yazarlar arasında görülen Fuat Ganiyev, yaklaşık 50.000 sözdenmeydana gelen bu sözlükte 585.-631. sayfalar arasına yayılan R harfini hazırlamıştır. Nitekim Prof. Dr.F.Ganiyev’in editör olduğu «Русско-татарский словарь»’da 1984’te Moskova’da «Русский язык» dizisinde basılmıştır. 47.000 madde barındıran eser, Rusçadan Tatarcaya en zengin ve modern sözlük hâlindedir. Türkoloji alanında dünyada en çok bilinen Tatarca öğrenme kaynaklarından Tatarça-Rusça Süzlěk (863s.) 1966’da Moskova’da SSCB. Bilimler Akademisi Kazan Dil, Edebiyat ve Tarih Enstitüsü tarafından yayımlanmış ve mükâfat almıştır. Kazan sözlükçülük ekibinin elinden çıkan bu sözlükte S harfini (459.-504.s.) merhum üstadımız Üzbek Şerif oğlu Bayçura hazırlamıştı. F.Ganiyev’in de Ç harfini (626.652.s.) yazarak bu mükemmel sözlüğe katıldığını görüyoruz. Yaklaşık 38.000 sözden oluşan bu esere coğrafi adlar listesi, 12 hayvanlı takvime göre 1900'lü yılların tablosu ve F.S.Faseyev tarafından yazılan, kısa fakat detaylı bir Tatar grameri (Краткий грамматический справочник татарского языка; 807.-863. s.) eklenmiştir. Sovyet devrinin sonlarında Ganiyev’in bu tecrübesini «Татарско-русский словарь» (Kazan, 1988, 462 sayfa) başlıklı esere doğrudan yansıttığını görüyoruz: Fuat Bey’in İ.A.Abdullin, M.A.Muhamadiyev, R.A.Yunaleyeva ile birlikte hazırladığı çok yaygın kullanılan bu pratik sözlükte yaklaşık 25.000 madde vardır. Bundan daha geniş kapsamlı bir Tatarça-Rusça sözlük Tatarstan Bilimler Akademisi Galimcan İbrahimov Dil, Edebiyat ve Sanat Enstitüsü yayını olarak iki cilt halinde 2007’de Kazan’da basıldı: Yazarları arasında F.Ganiyev’in yanı sıra Ş.Asılgarayev, M.Z.Zekiyev, K.M.Minnullin, D.B.Ramazanova’nın da bulunduğu bu söz hazinesinde 56.000 kadar kelime ve 7.400 deyim vardır. 2005’te Kazan şehrinin kuruluşunun 1000. yılı törenlerine katıldığımız günlerde Prof. Dr. F.Ganiyev kendisinin editör olduğu Tatar Tělěněñ Añlatmalı Süzlěgě başlıqlı 848 sayfalık büyük bir sözlükle bizi karşıladı. Bu eser, artık yayın mevcudu çoktan tükenmiş olan üç cildlik Tatar izahlı sözlüğünden 25 yıl sonra çıkan bir leksikografi abidesidir; 58.000 kadar maddeyi tek cilde sığdırmak maksadıyla tanıklar verilmeksizin ama sözlükçülük bakımdan çok daha geliştirilmiş bir çalışmadır. Buna örnek olarak: küñěl “gönül” sözünün tespit edilen 8 anlamının altında küñěl taş-, küñěl utır-, küñěl yuksın-, küñěl küzě gibi 147 adet de farklı leksem gösterilmiştir. Yine Tatarcanın zengin polisemik gelişmeler gözlenen fiilleri bul- “olmak” 32; çık- 35; kit- 23 ve sal- fiili 63 anlamıyla bu sözlükte işlenmiştir. Merhum Fuat Bey’in bildiğimize göre son hazırladığı Tatarca sözlük bu olmuştur. F.Ganiyev imzası literatürde sadece sözlüklerle sınırlı değildir: O aynı zamanda, 1993’te yayımlanan 3 ciltlik «Татарская грамматика» başlıklı akademik gramerin M.Z.Zekiyev, K.Z.Zinnetullina ile birlikte üç yazarından biridir. Çok zengin bir malzemeyle yazılan gramerin происхождение, фонетика, фонология, графика и орфография, орфоэпия, словообразование bölümleri bulunan birinci cildinde 188.-521. sayfalar arasındaki çok hacimli söz yapımı bölümü, ömrünce Tatar leksikolojisine hizmet eden tecrübeli dilci F.Ganiyev tarafından yazılmıştır. 1990’lı yıllar başında, “Bugünkü Kıpçak Türkçesi (Tatar, Kazak ve Kırgız Lehçeleri Karşılaştırmalı Grameri)” başlıklı doktora tezimi yazdığım yıllarda bu kitabın benim en kıymetli kaynaklarımdan olduğunu burada belirtmek isterim (krş. Öner 1998). NEKROLOQLAR Bilim alanımızda çok tanınan Prof. Dr. Dilara Tumaşeva’nın da katıldığı Morfologiya başlıklı 394 sayfa tutan ikinci ciltte de F.Ganiyev 70.-235. sayfalar arasındaki fiil bölümünü kaleme almıştır. Sintaksis başlıklı son cilt ise bu sahanın uzmanı olan M.Z.Zekiyev’e aittir. Tatar edebi dilinin çeşitli stillerinden çok zengin örneklerin fişlendiği bu gramer, anılan yazarlarına 1994’te de Tataristan Bilim ve Teknik Devlet Mükâfatını kazandırmıştır. 1998-2002 yılları arasında üç ciltlik bu gramer bir de Tatarca olarak da yayımlanmıştır. Prof. Dr. F.Ganiyev, çoğu Tatar leksikolojisi ve gramerine ait 18 monografi, 300’den fazla makale ve yirmiyi aşkın sözlüğe emek vererek zengin bir bilim mirası bırakmış oldu. Son yıllarında birbiri ardına çıkardığı monografileri biz meslektaşlarına ve öğrencilerine verirken haklı bir gururu paylaşmaktaydı: Современный татарский литературный язык: Суффиксальное и фонетическое словообразование, Kazan, 2005, 360 s. Функциональное словообразование в современном татарском литературном языке, Kazan, 2009, 263 s. Tězme figěllerněn anlatmalı süzlěgě, İkě kisekte, Kazan, 2009, 375 s. Tatar Türkoloji mektebinin bu değerli üyesi özellikle Sovyet devrinin sonlarına doğru Türkiye bilim çevrelerinde de tanınmış, ülkemizdeki birçok sempozyum ve kongreye katılmış ve eserleri de Türkçe olarak okuyuculara ulaşmıştı: Ankara’da Türk Dil Kurumu yayınları arasında çıkan “Tatarcada Birleşik Kelime Teşekkülü” (2010, 154s.) «Образование сложных слов татарском языке» başlıklı eserinden Caştegin Turgunbayer tarafından çevrilmiştir. 149 Bugünkü Tatar Türkçesi Söz Yapımı, Türk Dil Kurumu Yayınları: 1083, Ankara, 2013, 279 s. (Tatarcadan Aktaran: Murat Özşahin) Türkçe-Tatarca Sözlük, Rifkat Ehmetyanov, Rafael Möhemmetdinov, Fenüze Nurieva, Fuat Ganiev (Tatarcadan Aktaran: Mustafa Öner) Türk Dil Kurumu Yayınları: 1119, Ankara, 2014, 358 s. Kazan’da Galimcan İbrahim Dil, Edebiyat ve Tarih Enstitüsünde önceleri bilim çalışanı (научный сотрудник) ve Dil Bilimi Bölümü Müdürü olan Fuat Bey, daha sonra da aynı enstitünün 1988’den itibaren Leksikografi ve Leksikoloji Bölümü Müdürü olarak çalışmıştır. Prof. Ganiev, Kazan Devlet Üniversitesi Tatar Dili Bölümünde ve ayrıca Kazan Pedagoji Üniversitesinde de uzun yıllar boyunca dersler vererek bugünkü Tatar dil bilimcileri neslini yetiştiren üstatlardan biri idi. Bilim kariyerinde 8 doktor ve 22 araştırma görevlisi onun yönetimi altında yetişmiş ve 8 doktor 20 araştırma görevlisi de onun yaklaşımları ile tezlerini savunmuştur. 1989’da Tataristan’ın, 1996’da da Rusya’nın “ünlü bilim adamı” unvanı sahibi olan (заслуженным деятелем науки Российской Федерации т ТАССР) Fuat E.Ganiyev 1994’te deTataristan Bilim ve Teknik Devlet Mükâfatına layık görülmüştür. Bu satırların yazarı gibi Tatar kültürünü öğrenmeye girişenler, entelektüel bir bilim çevresine sahip Kazan Türkoloji mektebinde Profesör Ganiyev’in sıcak ve samimi ilgisini görmüşlerdir. Doğrudan doğruya Tatar toprağından gelen milli folkloru, deyimleri ve fıkralarıyla gündelik sohbetlerine de taşıyan Fuat Bey’in güzel hatırası ve zengin bilim mirası daima yaşayacaktır. M.Öner ____________