ÿþS o n y E r i c s s o n M o b i l e C o m m u n i c a t i o n s A B
Transkript
ÿþS o n y E r i c s s o n M o b i l e C o m m u n i c a t i o n s A B
Sony Ericsson txt Genişləndirilmiş İstifadəçi Təlimatı İçindəkilər Vacib məlumat..............................................................................4 Daha çox funksiyalardan faydalanın. Necə olduğunu kəşf edin................................................................................................5 Başlarkən......................................................................................6 Gözləmə rejimi...................................................................................7 Telefonun ilk dəfə işə salınması.........................................................7 Telefonunu tanı.............................................................................8 Telefonun ümumi gözdən keçirilməsi.................................................8 Batareyanı doldurma..........................................................................8 Ekran işarələri..................................................................................10 Menyunun gözdən keçirilməsi..........................................................11 Naviqasiya........................................................................................12 Dostlar proqramı .......................................................................13 Sürətli mesajlaşma.....................................................................14 Mətn daxil etmə..........................................................................15 Mesajlaşma.................................................................................16 Mətn mesajları..................................................................................16 Multimedia mesajları........................................................................16 Söhbətlər..........................................................................................16 E-poçt...............................................................................................17 Zəng etmə...................................................................................18 Zəng siyahısı....................................................................................18 Təcili zənglər....................................................................................18 Kontaktlar....................................................................................20 Kontaktlara zəng edilməsi................................................................20 Musiqi..........................................................................................21 TrackID™.....................................................................................22 PlayNow™...................................................................................23 Kamera........................................................................................24 Kamera idarəetmələri.......................................................................24 Telefonunuzu kompüterə qoşma..............................................25 USB kabeldən istifadə edərək kontentin köçürülməsi və idarə edilməsi............................................................................................25 2 Bu, həmin bu nəşrin İnternet versiyasıdır. © Ancaq xüsusi istifadə üçün çap edilə bilər. Wi-Fi™.........................................................................................26 Bluetooth™ simsiz texnologiyası.............................................27 İnternet........................................................................................28 Daha çox funksiya......................................................................29 Siqnallar...........................................................................................29 Zəng melodiyaları və divar kağızları................................................29 Klaviatura kilidi.................................................................................29 SİM kartın kilidlənməsi.....................................................................29 Telefon kilidi.....................................................................................30 Nasazlıqların tapılması...............................................................31 Mənim telefonum lazım olan qaydada işləmir..................................31 Zavod parametrlərinə yenidən qurma .............................................31 Telefonun batareyası dolmağa başlayarkən heç bir batareya doldurma işarəsi görünmür..............................................................31 Şəbəkə yoxdur.................................................................................31 Sadəcə təcili zənglər........................................................................31 SİM kilidlidir .....................................................................................32 PUK bloklanıb. Operatorla əlaqə saxlayın. .....................................32 Hüquqi məlumat.........................................................................33 İndeks..........................................................................................34 3 Bu, həmin bu nəşrin İnternet versiyasıdır. © Ancaq xüsusi istifadə üçün çap edilə bilər. Vacib məlumat Xahiş olunur mobil telefonunuzu istifadə etmədən əvvəl Vacib məlumat vərəqəsini oxuyasınız. Bu istifadəçi soraq-kitabçasında göstərilən xidmət və xüsusiyyətlərin bir qismi bütün ölkələr/ bölgələrdə və ya bölgə içindəli hər şəbəkə və/və ya xidmət təchizatcısı tərəfindən dəstəklənməyə bilər. Məhdudiyyətsizlik, GSM Beynəlxalq Ehtiyat Nömrəsi 112 üçün keçərlidir. Xahiş olunur şəbəkə operatoru və ya xidmət təchizatçınızdan hər hansı bir xidmət və ya xüsusiyyətin işləməsini və əlavə icazə/xidmət haqqı tətbiq olunduğunu öyrənin. 4 Bu, həmin bu nəşrin İnternet versiyasıdır. © Ancaq xüsusi istifadə üçün çap edilə bilər. Daha çox funksiyalardan faydalanın. Necə olduğunu kəşf edin. Telefonunuz haqqında hərtərfli öyrənmək üçün www.sonyericsson.com/support veb səhifəsinə daxil olun. 5 Bu, həmin bu nəşrin İnternet versiyasıdır. © Ancaq xüsusi istifadə üçün çap edilə bilər. Başlarkən Bəzi əsas başlanğıc təlimatları telefonunuz ilə birgə verilən qutunun üzərində çap olunmuşdur. Aşağıda da sizə başlanğıcda kömək edəcək məlumatları əldə edə bilərsiniz. SİM kartı daxil etmək üçün • Yaddaş kartının qapağını açın və SİM kartı göstərildiyi kimi qızılı kontakt yerləri üzü aşağı şəkildə daxil edin. Yaddaş kartının daxil edilməsi və ya çıxarılması Siz yaddaş kartını ayrıca ala bilərsiniz. 1 2 Batareyanın qapağını çıxarın və göstərildiyi kimi qızılı kontakt yerləri üzü aşağı şəkildə daxil edin. Yaddaş kartını çıxarmaq üçün ilk növbədə batareya örtüyünü çıxarın, sonra isə qarmağa basın və yaddaş kartını çölə tərəf dartın. Batareyanı daxil etmək üçün 6 Bu, həmin bu nəşrin İnternet versiyasıdır. © Ancaq xüsusi istifadə üçün çap edilə bilər. 1 2 Batareyanı daxil edin, onun etiket olan tərəfi yuxarı və konnektorlar isə üz-üzə olmalıdır. Batareyanın qapağını yerinə daxil edin. 1 2 3 4 5 Telefonun yandırılması düyməsini basıb saxlayın. Tələb edilərsə PİN kodunuzu daxil edin. OK seçin. Dili seçin. Qurma köməkçisini başlatmaq üçün Bəli seçin. PİN kodunuzu daxil edərkən səhvə yol versəniz, rəqəmləri silmək üçün basa bilərsiniz. Gözləmə rejimi Telefonu yandırdıqdan və PİN kodu daxil etdikdən sonra, şəbəkə operatorunuzun adı görünəcək. Bu, gözləmə rejimidir. Telefonunuz indi istifadəyə hazırdır. • Telefonun söndürülməsi Bu düyməni basıb saxlayın . Telefonu söndürməzdən əvvəl gözləmə rejiminə qayıtmalısınız. Telefonun ilk dəfə işə salınması Telefonunuzu ilk dəfə başlatdıqda quraşdırma bələdçisi mühüm telefon parametrlərini daxil və kontaktları idxal etməkdə sizə kömək edir. Siz quraşdırma təlimatına daha sonra telefon parametrlərindən də daxil ola bilərsiniz. • 1 2 3 4 5 • Başlanğıcda telefon dilinin təyin edilməsi Telefonunuzu ilk dəfə başlatdıqda dillərin siyahısı görünür. Siyahı üzərində hərəkət etdirin və dil seçin. Başlanğıcda tarix və vaxtın təyin edilməsi Quraşdırma bələdçisi başlanğıcda sizdən vaxtı və tarixi təyin etməyinizi istədikdə Bəli seçin. Vaxtı düzəltmək üçün saat və dəqiqə sahələrini daxil edin. Tamamladıqda Saxla seçin. Tarixi düzəltmək üçün gün, ay və il sahələrini daxil edin. Tamamladıqda Saxla seçin. Kontaktların SİM kartdan idxal edilməsi SİM kart taxılı olmaqla telefonunuzu ilk dəfə başlatdıqda, quraşdırma bələdçisi sizi SİM kontaktlarınızı idxal etməyə dəvət edəcək. Bəli seçin. 7 Bu, həmin bu nəşrin İnternet versiyasıdır. © Ancaq xüsusi istifadə üçün çap edilə bilər. Telefonunu tanı Telefonun ümumi gözdən keçirilməsi 1 Qulaq spikeri 2 Ekran 3 Naviqasiya düyməsi 4 Seçim düyməsi 5 Zəng düyməsi 6 Qısa yol düyməsi 7 Klaviatura 8 Silmə düyməsi 9 Bitirmə düyməsi, Yandırma/söndürmə düyməsi 10 Mkrofon konnektoru 11 Kamera lensi 12 Dinamik 13 Səs səviyyəsi düyməsi 14 Adapter və USB kabel üçün konnektor Batareyanı doldurma Telefonunuzun batareyası telefonu ilk aldığınızda qismən dolu olur. USB portu və ya telefon adapteri kimi telefon adapteri kabelini enerji mənbəyinə qoşduqda ekranınızda işarəsinin görünməsi bir neçə dəqiqə çəkə bilər. Dolum əsnasında siz yenə telefonunuzdan istifadə edə bilərsiniz. Batareya tam olaraq doldurulduqdan sonra az miqdarda boşalmağa başlayacaq və müəyyən vaxtdan sonra yenidən dolacaq. Bu batareya ömrünü uzatmaq üçündür və dolum statusunu 100 faizin altında göstərə bilər. 8 Bu, həmin bu nəşrin İnternet versiyasıdır. © Ancaq xüsusi istifadə üçün çap edilə bilər. • Enerji adapterindən istifadə edərək telefonun doldurulması USB kabelindən və enerji adapterindən istifadə edərək telefonu elektrik rezetkasına qoşun. 9 Bu, həmin bu nəşrin İnternet versiyasıdır. © Ancaq xüsusi istifadə üçün çap edilə bilər. Ekran işarələri Aşağıdakı işarələr ekranda görünə bilər: İşarə Təsvir Buraxılmış zəng Səs ucaldan qoşulub Davam edən zəng Mətn mesajı qəbul edildi Multimedia mesajı qəbul edildi Telefon səssiz rejiminə qurulub Radio çalınır Siqnal aktivləşdirilib Bluetooth™ funksiyası aktivləşdirilib klaviatura kilidi 10 Bu, həmin bu nəşrin İnternet versiyasıdır. © Ancaq xüsusi istifadə üçün çap edilə bilər. Menyunun gözdən keçirilməsi Mediya Facebook Kontaktlar Opera Mini Mesajlaşma Yenisini yaz Gələn qutusu/Söhbətlər Mesajlar E-poçt Səs poçtuna zg et Proqramlar** Orkut Twitter Yahoo! Mail Gmail YouTube Opera Mini Facebook Picasa™ Google Talk™ TrackID™ Taymer Saniyəölçən Kalkulyator GreenHeart™ Əyləncə Kamera Onlayn xidmətlər* PlayNow™ İnternet Radio Oyunlar TrackID™ Səsi yaz Multiple IM Gündəlik Fayl meneceri** Təqvim Siqnallar Tapşırıqlar Qeydlər Dostlar Parametrlər** Ümumi Səslər və siqnallar Ekran Zənglər Bağlılıq * Bəzi menyular operator, şəbəkə və abunədən asılıdır. ** Alt menyulardakı nişanların arasında hərəkət etmək üçün naviqasiya düyməsindən istifadə edə bilərsiniz. 11 Bu, həmin bu nəşrin İnternet versiyasıdır. © Ancaq xüsusi istifadə üçün çap edilə bilər. Naviqasiya Əsas menyular simvol-nişanlarla göstərilib. Bəzi alt menyularda isə etiket-nişanlar var. • • Əsas menyuya daxil olmaq üçün Ekranda Menyu göründükdə, seçim düyməsinin mərkəzini basın. Ekranda Menyu görünmədikdə, bitirmə düyməsini və ardından seçim düyməsinin mərkəzini basın. 1 2 Menyuların naviqasiyası Menyu seçmək üçün seçim düyməsinin mərkəzini basın. Menyuların arasında hərəkət etmək üçün naviqasiya düyməsini yuxarı, aşağı, sola və ya sağa basın. • Elementin seçilməsi Elementin üzərinə gedin və seçim düyməsinin mərkəzini basın. • Etiketlər arasında hərəkət etmək üçün Naviqasiya düyməsini sola və ya sağa basın. • Menyularda bir addım geri getmək üçün Geri seçin. • Funksiyanı bitirmək üçün basın. • Gözləmə rejiminə qayıtmaq üçün basın. • Elementin qəbul silinməsi Elementin üzərinə gedin və basın. 12 Bu, həmin bu nəşrin İnternet versiyasıdır. © Ancaq xüsusi istifadə üçün çap edilə bilər. Dostlar proqramı Dostlar proqramı beş başlıca dostunuz ilə yazışmalarınızı bir görünüşdə toplayır. Bütün rabitə əlaqələri Facebook™ və ya Twitter™ yeniləmələri, mətn və multimedia mesajları, buraxılmış mesajlar – gözləmə rejimində görünür. Bu proqram hər bir ölkədə və ya regionda mövcud olmaya bilər. 1 2 3 4 5 Dostlar proqramına dost əlavə etmək Gözləmə rejimində Dostlar seçin. Əlavə et seçin. Telefonunuzda olan bütün kontaktlar görünür. Kontaktı ən yaxın beş dostunuzdan biri kimi əlavə etmək üçün kontakt seçin. Bir dəfəyə bir dost əlavə edə bilərsiniz. Digər dost əlavə etmək üçün, digər işarənin sürüşdürərək üzərinə getmək məqsədilə naviqasiya düyməsinin soluna və ya sağına basın. Əlavə et seçin və kontakt seçmək üçün naviqasiya düyməsini yuxarı və aşağı basın. 1 2 3 Dostlar proqramından dosta zəng etmək Gözləmə rejimində Dostlar seçin. Dost seçmək üçün naviqasiya düyməsini sağa və ya sola basın. -ə gedin və Zəng et seçin. 1 2 3 Dostlar proqramında qəbul edilmiş mesaja baxmaq üçün Mesajlaşma bildirişi göründükdə Dostlar seçin. Mesajı göndərən dostu seçmək üçün naviqasiya düyməsini sola və ya sağa basın. üzərinə gedin və daha sonra Aç > G. keçir seçin. 5 Dostlar proqramından istifadə edərək mesajı cavablamaq Gözləmə rejimində Dostlar seçin. Dost seçmək üçün naviqasiya düyməsini sağa və ya sola basın. üzərinə gedin. Aç > G. keçir seçin və cavablamaq istədiyiniz mesajın üzərinə sürüşdürərək hərəkət etidirin. Mesajı cavablamaq üçün Cavab yaz seçin. 1 2 3 Dostlar proqramı vasitəsi ilə Facebook-a daxil olmaq Gözləmə rejimində Dostlar seçin. Dost seçmək üçün naviqasiya düyməsini sağa və ya sola basın. -ə gedin və Aç seçin. 1 2 3 4 Eyni yolla siz həmçinin Twitter™ hadisələrini idarə edə bilərsiniz. 1 2 3 Dostlar yeniləmə tezliyinin tənzimlənməsi Gözləmə rejimində Dostlar seçin. Seçimlr > Mənim parametrlərim > Yeniləmə tezliyi seçin. Seçimlərdən birini seçin. 1 2 3 Dostlar proqramından dostu silmək üçün Gözləmə rejimində Dostlar seçin. Dost seçmək üçün naviqasiya düyməsini sağa və ya sola basın. Seçimlr > Kontakt parametrləri > Dostu sil seçin. 13 Bu, həmin bu nəşrin İnternet versiyasıdır. © Ancaq xüsusi istifadə üçün çap edilə bilər. Sürətli mesajlaşma Digər insanlarla söhbətləşmək üçün SM proqramından istifadə edin və sizi maraqlandıran mövzuları müzakirə etmək üçün SM qruplarında iştirak edin. SM provayderləri istifadəçilərə təklif etdikləri funksiyalarla fərqlənə bilərlər. Sürətli mesajlaşmadan istifadə etməzdən qabaq telefonunuzda düzgün parametrlərin olmasına ehtiyacınız olacaq. Bəzi hallarda bu parametrlər telefonunuzda əvvəlcədən quraşdırılmış ola bilər, və ya siz bu parametrləri quraşdırma mesajı şəklində SM provayderindən ala bilərsiniz. 1 2 • Google Talk™ proqramının quraşdırılması Gözləmə rejimindən Menyu > Proqramlar seçərək. Google™ hesabı yaratmaq üçün qeydiyyat köməkçisinin təlimatlarını izləyin və ya artıq Google hesabınız varsa, daxil olun. İndi telefonunuz Gmail™ və Google Talk™ proqramlarını istifadə etməyə hazırdır. Google Talk™ proqramını başlatmaq Gözləmə rejimindən Menyu > Proqramlar seçərək. 14 Bu, həmin bu nəşrin İnternet versiyasıdır. © Ancaq xüsusi istifadə üçün çap edilə bilər. Mətn daxil etmə QWERTY klaviaturadan istifadə edərək hərflər, rəqəmlər və xüsusi simvollar daxil edə bilərsiniz. Daxil etmə üsulu Çoxdəfəli Toxunmadır. • • • Böyük hərfin daxil edilməsi basıb saxlayın, sonra istədiyiniz hərfi daxil edin. Siz düyməsini buraxdıqdan sonra klaviatura kiçik hərf daxil etmə rejiminə geri qayıdır. Caps lock düyməsinin yandırılması Mətn daxil etməzdən qabaq ekranda görünənədək basın. Rejim dəyişdirmə düyməsindən istifadə etməklə simvol daxil etmək basın və sonra eyni rəngin Rejim dəyişdirmə düyməsini aktivləşdirmək üçün bir dəfə basın və xüsusiyyətini ekranda göstərən düyməni basın. Misal üçün "1" daxil etmək üçün "T" düyməsini basın. 2 Rejim dəyişdirmə düyməsini kilidləmək və kilidin açılması Rejim dəyişdirmə düyməsini kilidləmək üçün iki dəfə basın və sonra eyni rəngin xüsusiyyətini ekranda göstərən düyməni basmaqla mətn daxil edin. Rejim dəyişdirmə düyməsinin kilidini açmaq üçün onu yenidən basın. 1 2 Simvolların daxil edilməsi vurun. Simvollu klaviatura görünəcək. Mətn daxil edərkən Simvol seçin və ya daxil etmək istədiyiniz simvolları seçin. 1 2 Yazı dilinin dəyişdirilməsi vurun. Mətn daxil edərkən Seçimlərdən birini seçin. 1 1 2 Mətn daxil edilməsi Hər bir hərfi ayrı-ayrılıqda daxil etməklə və ya naviqasiya düyməsi basıldıqda görünən ehtimal olunan sözlərin siyahısından seçməklə söz daxil edə bilərsiniz. Əgər siz istədyiniz söz siyahıda yoxdursa Seçimlr > Sözü hərfb. yaz seçin, daha sonra sözü yazın Saxla düyməsini basın. 15 Bu, həmin bu nəşrin İnternet versiyasıdır. © Ancaq xüsusi istifadə üçün çap edilə bilər. Mesajlaşma Mətn mesajları Telefonunuzda düzgün xidmət mərkəzi nömrəsinin olduğuna əmin olun. Xidmət mərkəzinizin nömrəsi xidmət provayderiniz tərəfindən təmin edilir və SİM kartda saxlanır. Nömrəni özünüz daxil etməli ola bilərsiniz. 3 Mətn mesajının yazılması və göndərilməsi Menyu > Mesajlaşma > Yenisini yaz > Mesaj seçin. Mesaj seçin və sonra Davam et seçin. E-poçt ünvnı daxil et, Kontaktlrı göz. keçir və ya Telefn nömrsi dxl et seçin. Qəbul edəni seçin və sonra Göndər seçin. • Qəbul edilən mətn mesajının gözdən keçirilməsi Mətn mesajı qəbul edildi görünür. Bəli seçin. 1 2 Gələn qutusundakı mesajı gözdən keçirmək üçün Menyu > Mesajlaşma > Gələn qutusu seçin. Mesajın üzərinə gedin və G. keçir seçin. 1 2 Multimedia mesajları Multimedia mesajlarına mətnlər, şəkillər, səslər və digər əlavələr daxil edilə bilər. Onlar MMS-dən (Multimedia Mesaj Xidməti) istifadə edilərək mobil telefona göndərilir. Multimedia mesajlaşmasından istifadə etmək üçün telefonunuzda düzgün Internet parametrləri olmalıdır. İnternet28 səhifəsində baxın. 1 2 3 4 5 6 Multimedia mesajının yazılması və göndərilməsi Menyu > Mesajlaşma > Yenisini yaz > Mesaj seçin. İstədiyiniz təqdirdə mətn daxil edin. Mesaja elementlər əlavə etmək üçün naviqasiya düyməsini aşağı basın, sonra isə element seçmək üçün naviqasiya düyməsini sola və ya sağa hərəkət etdirin. Göndərməzdən əvvəl multimedia mesajını gözdən keçirmək üçün Seçiml. > Əvvvəlc. g. keçir seçin. Mesaj hazır olduqda Davam et seçin. Göndərmə seçimini seçməklə qəbul edən əlavə edin. Tamamladıqda Göndər seçin. Söhbətlər Mesajlarınıza burada baxmağı seçə bilərsiniz Söhbətlər və ya Gələn qutusu. Söhbət mesajlarında sizin və kontaktlarınızdan birinin arasında keçən söhbətlər göstərilir. 1 2 3 4 Söhbətlərdən mesaj göndərmək üçün Menyu > Mesajlaşma seçin. Söhbətlər və ya Gələn qutusu seçin və daha sonra Söhbətlər nişanını seçin. Söhbət seçin. Mesajı yazın və Göndər seçin. • • Söhbətlərdə olan mesajları gözdən keçirmək üçün Menyu > Mesajlaşma > Gələn qutusu > Söhbətlər nişanını və sonra söhbət seçin. Menyu > Mesajlaşma > Söhbətlər seçin və sonra söhbət seçin. 16 Bu, həmin bu nəşrin İnternet versiyasıdır. © Ancaq xüsusi istifadə üçün çap edilə bilər. E-poçt Telefonunuzdan istifadə etməklə adi e-poçt ünvanınızdan elektron məktublar göndərin və qəbul edin. Buna başlamazdan qabaq telefonunuzda düzgün internet parametrlərinə ehtiyacınız olacaq. İnternet-a səhifədə 28-də baxın. Mətn daxil etmək haqqında daha ətraflı məlumat üçün Mətn daxil etmə səhifəsində 15 baxın. 1 2 3 4 5 6 1 2 3 4 5 6 7 Telefonunuzda e-poçt hesabının quraşdırılması Gözləmə rejimindən Menyu > Mesajlaşma > E-poçt seçin. E-poçt hesabı seçin. İstifadə etmək istədiyiniz hesab siyahıda yoxdursa Digər seçin. Ekran adı və İstifadəçi adı sahələrindən müvafiq məlumatları daxil edin və sonra Davam et seçin. Parol daxil edin və Davam et seçin. POP3 və ya IMAP4 seçin, daha sonraDavam et seçin. Daxil olan və çıxan serverlərin təfərrüatlarını daxil edın və sonra Davam et seçin. E-poçt mesajının yazılması və göndərilməsi Gözləmə rejimindən Menyu > Mesajlaşma > E-poçt seçin. Yenisini yaz seçin. Qəbul edən əlavə etmək üçün Kimə: üzərinə gedin və E-poçt ünvnı daxil et seçin. E-poçt ünvanını daxil edin və OK seçin. Mövzu daxil etmək üçün Mövzu: üzərinə gedin, daha sonra mövzu seçin və OK seçin. Mesajın mətnini daxil etmək üçün Mətn: üzərinə gedin, daha sonra mətn daxil edin və OK seçin. Davam et > Göndər seçin. 17 Bu, həmin bu nəşrin İnternet versiyasıdır. © Ancaq xüsusi istifadə üçün çap edilə bilər. Zəng etmə Telefonu yandırmalı və əhatə dairəsində olmalısınız. 1 2 Zəng edilməsi Telefon nömrəsi daxil edin (tətbiq edilirsə, beynəlxalq ölkə kodu ilə və ərazi kodu ilə). basın. Kontaktlar proqramından və ya zəng siyahınıdan nömrələrə zəng edə bilərsiniz. • Zəngin bitirilməsi basın. • Zəngə cavab vermək üçün basın. • Zəngi rədd etmək üçün basın. • Zəng ərzində qulaq dinamikinin səs səviyyəsini dəyişdirmək üçün Gözləmə rejimindən səs səviyyəsi düyməsini yuxarı və ya aşağı basın. • Zənfə cavab vermədən zəng melodiyasını söndürmək üçün Gözləmə rejimindən səs səviyyəsi düyməsini yuxarı və ya aşağı basın. • Zəng ərzində səs ucaldanı yandırmaq üçün Din.yan. seçin. Səs ucaldandan istifadə edərkən telefonu qulağınıza tutmayın. Bu, qulağınıza zərər verə bilər. 1 2 3 Beynəlxalq zəngin edilməsi Gözləmə rejimində "+" simvolunu daxil etmək üçün basın. Ölkə kodunu, ərazi kodunu (əvvəlində sıfır olmadan), telefon nömrəsini daxil edin. basın. Zəng siyahısı Ən son zənglərə dair məlumatı gözdən keçirə bilərsiniz. 1 2 Zəng siyahısındakı nömrəyə zəng etmək üçün basın. Ad və ya nömrənin üstünə gedin və basın. 1 2 3 Zəng siyahısını silmək üçün basın. Hamısı nişanında Seçimlr > Hamısını sil seçin. Təsdiq etmək üçün Bəli seçin. Təcili zənglər Telefonunuz beynəlxalq təcili nömrələri dəstəkləyir, məsələn, 112 və ya 911. Şəbəkənin əhatə dairəsində olduqda, SİM kart olsa və hətta olmasa belə istənilən ölkədən bu təcili nömrələri yığmaq olur. 18 Bu, həmin bu nəşrin İnternet versiyasıdır. © Ancaq xüsusi istifadə üçün çap edilə bilər. • Təcili zəng etmək üçün Beynəlxalq Təcili Yardım Nömrəsi olan 112-ni daxil edin və basın. Bəzi ölkələrdə başqa yerli təcili nömrələr də təmin edilə bilər. Şəbəkə operatorunuz bu nömrələri SİM kartda saxlamış ola bilər. 19 Bu, həmin bu nəşrin İnternet versiyasıdır. © Ancaq xüsusi istifadə üçün çap edilə bilər. Kontaktlar Adlar, telefon nömrələri və şəxsi məlumatları Kontaktlar-da saxlaya bilərsiniz. Məlumatları telefon yaddaşında və ya SİM kartda saxlaya bilərsiniz. 8 Telefon kontaktı əlavə etmək üçün Menyu > Kontaktlar seçin. Yeni kontakt -ə gedin və Əlavə et seçin. Kontaktın adını daxil edin və OK seçin. Yeni nömrə: -ə gedin və Əlavə et seçin. Nömrəni daxil edin və OK seçin. Nömrə seçimini seçin. İstədiyiniz təqdirdə nişanlar arasında hərəkət etdirin və müvafiq sahələrdə digər məlumatları daxil edin. Saxla seçin. 1 2 3 Telefon kontaktını redaktə etmək üçün Kontaktlar seçin. Kontaktın üzərinə gedin və Seçimlr > Kontaktı red. et seçin. Nişanlar arasında hərəkət edin, məlumatı redaktə edin və Saxla seçin. 1 2 3 4 5 6 7 Kontaktlara zəng edilməsi 1 2 1 2 Smart axtarış funksiyasından istifadə edərək zəng etmək üçün Klaviaturadan istifadə edərək bir sıra rəqəmlər və hərflər daxil edin. Rəqəm və ya hərflərin ardıcıllığına uyğun gələn bütün qeydlər siyahıda göstərilir. Kontakt və ya siyahıda olan telefon nömrəsinin üstünə gedin və Zəng düyməsinə basın. Smart axtarış funksiyasının söndürülməsi və ya yandırılması Menyu > Parametrlər > Zənglər nişan > Smart axtarış seçin. Seçimlərdən birini seçin. 20 Bu, həmin bu nəşrin İnternet versiyasıdır. © Ancaq xüsusi istifadə üçün çap edilə bilər. Musiqi Musiqi playeri-inizdən faydalanın. Kompüterdən yaddaş kartınıza ötürdüyünüz və ya onlayn mağazalardan satın aldığınız və ya yüklədiyiniz musiqilərə qulaq asın, musiqiləri, audio kitabları və musiqi toplularını təşkil edin. Media Go™ proqramını kompüterinizə qurun və telefonunuzda kontentləri yaddaş kartına və yaddaş kartından başqa yerə ötürün. Media Go™ proqramını www.sonyericsson.com/support ünvanından yükləmək olar. Ətraflı məlumat üçün Telefonunuzu kompüterə qoşma25 səhifəsində -də baxın. 3 Musiqinin oxudulması Menyu > Mediya > Musiqi seçin. İfaçıya, alboma, musiqi faylına və ya musiqi siyahısına görə axtarın. Seçimin üzərinə gedin və onu açmaq üçün Seç-i basın. Musiqi faylının üzərinə gedin və Çal seçin. • Musiqiyə pauza verilməsi Musiqi çalınan zaman düyməsinə basın. • Musiqilərin dəyişdirilməsi Musiqi çalınan zaman və ya düyməsinə basın. • Musiqini irəli və geri sarmaq Musiqi çalınan zaman və ya düyməsini basıb saxlayın. • Audio səs səviyyəsinin tənzimlənməsi Musiqi pleyeri mahnı çalarkən səs səviyyəsi düyməsini basın. 1 2 21 Bu, həmin bu nəşrin İnternet versiyasıdır. © Ancaq xüsusi istifadə üçün çap edilə bilər. TrackID™ TrackID™ musiqi tanıma xidmətidir. Səs ucaldandan səslənən və ya radioda çalınan musiqiyə aid başlıq, müğənni və albom adını axtara bilərsiniz. Bu funksiyadan istifadə etmək üçün telefonunuzda düzgün Java™ proqramı və Internet parametrləri olmalıdır. İnternet-a səhifə 28-də baxın. Qiymət məlumatı üçün xidmət provayderi ilə əlaqə saxlayın. • • Musiqiyə dair məlumatın axtarılması Musiqini səs ucaldandan eşitdiyiniz zaman Menyu > Əyləncə > TrackID™ > Seç seçin. Musiqini telefonunuzdakı radiodan eşitdiyiniz zaman, radio rejimindən Seçimlr > TrackID™ seçin. 22 Bu, həmin bu nəşrin İnternet versiyasıdır. © Ancaq xüsusi istifadə üçün çap edilə bilər. PlayNow™ PlayNow™ proqramını açdığınız zaman musiqiləri, oyunları, zəng melodiyalarını, mövzuları və divar kağızlarını yükləmək üçün PlayNow™ qoşula bilərsiniz. Satın almazdan və telefonunuza yükləməzdən əvvəl tərkibi gözdən keçirə və qulaq asa bilərsiniz. Bu xidmət bütün ölkələrdə mövcud deyil. Geniţ funksiyalar üçün kompüterinizdə www.sonyericsson.com/playnow-dən PlayNow™ Veb mağazasına daxil ola bilərsiniz. Ətraflı məlumat üçün PlayNow™ Funksiyası təlimatlarını oxumaq üçün bu ünvana baxın www.sonyericsson.com/support. PlayNow™ xidmətinə daxil olmaq üçün: • • Gözləmə rejimindən Menyu > Əyləncə > PlayNow™ seçin. www.sonyericsson.com/playnow ünvanına daxil olaraq. 23 Bu, həmin bu nəşrin İnternet versiyasıdır. © Ancaq xüsusi istifadə üçün çap edilə bilər. Kamera Şəkillər və videolar çəkin, albomlara baxın, sevimli kliplərinizi və şəkillərinizi dostlarınızla paylaşın - bütün bunlar sizin kamera proqramınız ilə. Kamera idarəetmələri 1 Parlaqlıq səviyyəsinin tənzimlənməsi 2 Video funksiyasının aktivləşdirilməsi 3 Fotoaparat funksiyasının aktivləşdirilməsi 4 Böyüt/kiçilt funksiyası (böyük şəkil ölçüsü seçilərkən böyüt/kiçilt funksiyası mövcud olmur) 5 Kamera viziri 6 Ekspozisiya dəyəri 24 Bu, həmin bu nəşrin İnternet versiyasıdır. © Ancaq xüsusi istifadə üçün çap edilə bilər. Telefonunuzu kompüterə qoşma Telefonunuzu kompüterə qoşun və şəkillər, musiqi və digər faylları ötürməyə başlayın. Bəzi müəllif hüquqları ilə qorunan materialları telefonunuz və kompüter arasında ötürə bilməyə bilərsiniz. USB kabeldən istifadə edərək kontentin köçürülməsi və idarə edilməsi USB kabeldən istifadə telefonunuz və kompüter arasında faylların ötürülməsi üçün ən çox istifadə olunan metoddur. Telefon və kompüter biri-birinə qoşulduqdan sonra, kompüterinizin fayl bələdçisindən istifadə edərək kontentləri birindən digərinə dartıb buraxa bilərsiniz. Faylları uyğun qovluq növlərinə yerləşdirdiyinizdən əmin olun. Misal üçün, musiqi fayllarınızı Musiqi qovluğunda yerləşdirin. Java proqram faylları istisna təşkil edir. Siz onları Digər qovluğuna yerləşdirməlisiniz. 1 2 3 4 5 6 Telefonunuz və kompüter arasında kontentin dartıb buraxılması USB kabeli telefona və kompüterə qoşun. Telefon: Kütləvi yaddaş qoşulmasını təsdiqləmək üçün Bəli seçin. Kompüter: Telefon yaddaşı və yaddaş kartının fayl bələdçisi proqramında xarici disklər kimi görünməsini gözləyin. Kompüter: Kompüterin masaüstündə Kompüterim işarəsini iki dəfə vurun. Kompüter: Telefon yaddaşı və yaddaş kartı qovluqlarını gözdən keçirmək üçün cihazlar nişanını iki dəfə vurun. Kompüter: Faylınızı kompüter, telefon yaddaşı və ya yaddaş kartınızda müvafiq qovluğa köçürüb yapışdırın (və ya sürüşdürüb buraxın). Fayllar ötürülərkən telefonunuzdan istifadə edə bilməzsiniz. USB kabelin təhlükəsiz çıxarılması Kontent ötürərkən USB kabelini çıxartmayın. Bu kontentin korlanmasına səbəb ola bilər. 1 2 Kompüter: Ayırmaq istədiyiniz cihazı seçmək üçün Cihazın Təhlükəsiz Çıxarılması funksiyasından istifadə edin və Dayandır klikləyin. USB kabeli çıxarın. Əməliyyat sisteminizdən asılı olaraq kompüter təlimatları fərqlənə bilər. Ətraflı məlumat üçün kompüterinizin əməliyyat sisteminin sənədlərinə baxın. 25 Bu, həmin bu nəşrin İnternet versiyasıdır. © Ancaq xüsusi istifadə üçün çap edilə bilər. Wi-Fi™ Wi-Fi™ texnologiyasından istifadə edərək telefonunuzdan İnternetə simsiz qoşula bilərsiniz. Wi-Fi™ bağlantısından istifadə etməklə internetə qoşulmaq üçün əvvəlcə mümkün Wi-Fi™ şəbəkəsi axtarmalı və qoşulmalısınız. Wi-Fi™ şəbəkəsinin siqnal səviyyəsi telefonunuzun yerindən asılı olara dəyişə bilər. Wi-Fi™ giriş nöqtəsinə yaxınlaşmaq siqnal gücünü artıra bilər. • Wi-Fi®-ın yandırılması Menyu > Parametrlər > Bağlılıq > Wi-Fi > Yandır seçin. Bu Wi-Fi®-ın aktivləşdirildikdən sonra bir neçə saniyə çəkə bilər. 1 2 3 Wi-Fi® şəbəkəsinə qoşulmaq Wi-Fi®-ın yandırıldığını yoxlayın. Menyu > Parametrlər > Bağlılıq > Wi-Fi seçin. Mövcud Wi-Fi® şəbəkələri ekranda göstərilir. Qoşulmaq üçün Wi-Fi® şəbəkəsinə vurun. Etibarlı Wi-Fi® şəbəkəsinə qoşulmağa çalışırsınızsa sizdən parol daxil etmək istəniləcək. Telefonunuz qoşulduğunuz Wi-Fi® şəbəkələrini yadda saxlayır. Növbəti dəfə əvvəllər qoşulduğunuz Wi-Fi® şəbəkəsinin əhatə dairəsinə daxil olduğunuzda, telefonunuz avtomatik olaraq şəbəkəyə qoşulacaq. Bəzi yerlərdə, açıq Wi-Fi® şəbəkələri şəbəkəyə daxil ola bilməniz üçün sizin bir veb səhifəyə daxil olmanızı tələb edə bilər. Əlavə məlumat üçün müvafiq Wi-Fi® şəbəkə inzibatçısı ilə əlaqə saxlayın. 26 Bu, həmin bu nəşrin İnternet versiyasıdır. © Ancaq xüsusi istifadə üçün çap edilə bilər. Bluetooth™ simsiz texnologiyası Bluetooth™ simsiz texnologiyası, simsiz olaraq digər Bluetooth™ cihazlarına, məsələn Bluetooth™ qulaqlığa qoşulma imkanı yaradır. Eyni vaxtda bir neçə cihaza qoşula və ya mübadilə apara bilərsiniz. Bluetooth™ rabitəsi üçün arada heç bir bərk cisim olmadan 10 metr (33 fut) məsafə tövsiyə edirik. • Bluetooth™ funksiyasını yandırmaq üçün Menyu > Parametrlər > Bağlılıq > Bluetooth > Yandır seçin. Bəzi ölkələrdə Bluetooth™ simsiz texnologiyasından istifadəyə icazə verilmir. • Telefonunuzu göstərmək və ya gizlətmək üçün Menyu > Parametrlər > Bağlılıq > Bluetooth > Görünüş > Telefonu göstər və ya Telefonu gizlət seçin. Telefonu gizlət seçimini seçmisinizsə, digər cihazlar Bluetooth™ simsiz texnologiyasından istifadə edərək sizin telefonunuzu təyin edə bilməyəcək. 1 2 3 Telefonunuza cihazın qoşulması Mövcud cihazları axtarmaq üçün Menyu > Parametrlər > Bağlılıq > Bluetooth > Cihazlarım > Yeni cihaz seçin. Siyahıdan cihazı seçin. Tələb olunursa, parolu daxil edin. Əlavə etmək istədiyiniz cihazın Bluetooth™ funksiyasının aktivləşdirildiyinə və Bluetooth™ Telefonu göstər-a qurulduğuna əmin olun. 1 2 Bluetooth™ səs ucaldanı telefonunuza qoşmaq üçün Menyu > Parametrlər seçin. Bağlılıq nişanının üzərinə getmək üçün naviqasiya düyməsini sağa basın və Bluetooth > Səs ucaldan > Səs ucaldanım > Yeni səs ucaldan seçin. 1 2 Elementin qəbul edilməsi Bluetooth™ funksiyasını yandırın və Görünüş menyusunu Telefonu göstər rejiminə qurun. Element qəbul etdiyiniz zaman görünən təlimatlara əməl edin. 1 2 Bluetooth™ funksiyasından istifadə edərək elementi göndərmək üçün Məsələn, Menyu > Gündəlik > Fayl meneceri > Kamera albomu seçin. Elementin üzərinə gedin və Seçimlr > Göndər > Bluetooth ilə seçin. 27 Bu, həmin bu nəşrin İnternet versiyasıdır. © Ancaq xüsusi istifadə üçün çap edilə bilər. İnternet Telefonunuzdakı İnternet parametrlərini düzəltməlisiniz. Bu parametrlər telefonunuzda yoxdursa, www.sonyericsson.com/support ünvanına daxil ola və ya daha ətraflı məlumat üçün xidmət provayderinizə müraciət edə bilərsiniz. Məlumat ötürülməsini dəstəkləyən telefon abunəliyinizin olmasından əmin olun. 2 İnternet profili seçmək üçün Menyu > Parametrlər > Bağlılıq > İnternet parametrləri > İnternet profilləri > Qoşul: seçin. Hesab seçin. 1 2 Brauzerdən istifadə olunması Menyu > Əyləncə > İnternet > Seçimlr > Get seçin. Seçimlərdən birini seçin. • Gözdən keçirmə proqramından çıxmaq üçün Gözdən keçirərkən basın. 1 28 Bu, həmin bu nəşrin İnternet versiyasıdır. © Ancaq xüsusi istifadə üçün çap edilə bilər. Daha çox funksiya Siqnallar Səsi və ya radionu siqnal melodiyası kimi qura bilərsiniz. Hətta telefon sönülü olduqda belə siqnal səslənir. 1 2 3 4 Zəngli saatın qurulması Menyu > Gündəlik > Siqnallar seçin. Siqnalın üzərinə gedin və Red. et seçin. Nişanlar arasında hərəkət edin və istədiyiniz təqdirdə vaxtı, zəngli saatın siqnalını və digər məlumatlarını təyin edin. Saxla seçin. Radionu zəngli saat siqnalı kimi seçdiyiniz təqdirdə, səsucaldan cihazı telefonunuza taxmağı unutmayın. Radio səsucaldandan antenna kimi istifadə edir. Zəng melodiyaları və divar kağızları Divar kağızları ekranın görünüşünü dəyişmək üçün istifadə olunur. 1 2 3 Zəng melodiyasının səsini qurmaq üçün Menyu > Parametrlər > Səslər və siqnallar > Zəng səviyyəsi seçin. Səs səviyyəsini dəyişdirmək üçün naviqasiya düyməsini sağa və ya sola basın. Saxla seçin. 1 2 Zəng melodiyasının qurulması Menyu > Parametrlər > Səslər və siqnallar > Zəng melodiyası seçin. Zəng melodiyasını tapın və seçin. 1 2 Titrəmə siqnalının qurulması Menyu > Parametrlər > Səslər və siqnallar > Titrəmə siqnalı seçin. Seçimlərdən birini seçin. 1 2 Fotodan divar kağızı kimi istifadə Menyu > Gündəlik > Fayl meneceri > Kamera albomu seçin. Fotonun üzərinə gedin və Seçimlr > İstifadə et > Divar kağızı seçin. Klaviatura kilidi Təsadüfi yığımın qarşısını almaq üçün klaviatura kilidindən istifadə edə bilərsiniz. Klaviaturanın kilidini açmadan daxil olan zənglərə cavab vermək mümkündür. Beynəlxalq təcili yardım nömrəsi olan 112 -ə zəng etmək olur. 1 2 Avtomatik düymə kilidini aktivləşdirmək üçün Menyu > Parametrlər > Ümumi > Təhlükəsizlik > Avtom. düymə kilidi seçin. Seçimlərdən birini seçin. SİM kartın kilidlənməsi Bu kilid ancaq abunəliyinizi qoruyur. Telefonunuz yeni SIM kartla işləyəcək. SİM kart kilidi aktiv olarsa, telefonunuz açıldıqda PİN kodu daxil etməlisiniz. PIN kodunuzu üç dəfə ard-arda səhv daxil etsəniz, SIM kart bloklanır və PUK kodunuzu daxil etməlisiniz (Şəxsi Açma Kodu). PIN və PUK kodlarınız şəbəkə operatorunuz tərəfindən verilir. 29 Bu, həmin bu nəşrin İnternet versiyasıdır. © Ancaq xüsusi istifadə üçün çap edilə bilər. 1 2 1 2 3 4 SİM kartın kilidini aktivləşdirmək üçün Menyu > Parametrlər > Ümumi > Təhlükəsizlik > SİM qoruma > Qoruma > Yandır seçin. PIN kodunuzu daxil edin və OK seçin. SİM kartın PİN kodunun redaktə edilməsi Menyu > Parametrlər > Ümumi > Təhlükəsizlik > SİM qoruma > PİN kodu dəyişdir seçin. PIN kodunuzu daxil edin və OK seçin. Yeni PIN kodu daxil edin və OK seçin. Təsdiq etmək üçün yeni PIN kodu daxil edin və OK seçin. Telefon kilidi Telefon kilidi oğurlanma və SIM kartın dəyişdirilməsi hallarında icazəsiz istifadəyə qarşı telefonu qoruyur. Telefon kilidi kodunu (standart 0000) istənilən dörd-səkkiz rəqəmli şəxsi kod ilə dəyişdirə bilərsiniz. Əgər telefon kilidi Avtomatik-ə qurulubsa, telefona başqa SIM kart taxılana qədər telefon kilidi kodunuzu daxil etməyə ehtiyac yoxdur. Telefon kilidi və düymə kiildi aktiv olduqda, telefonu istifadə etməzdən qabaq sizdən telefon açarı kodunu daxil etməyiniz istəniləcək. Telefon kilidi sönülü olduqda telefondan istifadə etmək üçün yalnız düymə kilidini açmağınıza ehtiyac olacaq. 1 2 3 1 2 3 4 1 2 Telefon kilidini qurmaq üçün Menyu > Parametrlər > Ümumi > Təhlükəsizlik > Telefonun qorunması > Qoruma seçin. Seçimlərdən birini seçin. Telefon kilidi kodunu daxil edin və OK seçin. Telefon kilidi kodunun dəyişdirilməsi Menyu > Parametrlər > Ümumi > Təhlükəsizlik > Telefonun qorunması > Kodu dəyişdir seçin. Əvvəlki kodu daxil edin və OK seçin. Yeni kodu daxil edin və OK seçin. Yeni kodu təzədən daxil edin və OK seçin. Telefonun kilidinin söndürülməsi Menyu > Parametrlər > Ümumi > Təhlükəsizlik > Telefonun qorunması > Qoruma > Söndür seçin. Telefon kilidi kodunuzu daxil edin və OK seçin. 30 Bu, həmin bu nəşrin İnternet versiyasıdır. © Ancaq xüsusi istifadə üçün çap edilə bilər. Nasazlıqların tapılması Bəzi problemlər üçün şəbəkə operatorunuza zəng etməlisiniz, lakin əksər problemləri əzünüz həll edə bilərsiniz. Telefonunuzu təmirə verməzdən əvvəl SIM kartı çıxarın. Əlavə dəstək üçün bu ünvana baxın www.sonyericsson.com/support. Yaddaşı boşaltmaq üçün hər gün telefonu yenidən başladın. Yaddaş ilə bağlı probleminiz olarsa və ya telefon yavaş işləyərsə zavod parametrlərinə yenidən qurun. Mənim telefonum lazım olan qaydada işləmir Əgər telefonunuzla əlaqəli problemlər yaşayırsınızsa, başqa bir şey etmədən əvvəl bu ipucuları yoxlayın: • • • • • Telefonunuzu bağlayıb açın. SİM kartını çıxarıb taxın. Sonra telefonunuzu bağlayıb açın. Əgər telefon donur və normal formada açılmırsa məcburi şəkildə yenidən açın. Telefonunuzun proqramlarını təzələyin. Telefonunuzu yeniləmək optimal iş keyfiyyətini və ən son yenilikləri təmin edir. Telefonunuzu yenidən qurun. Telefonunuz yenidən qurularkən səbirli olun. Yenidən qurma prosedurası müddətində telefonu yenidən başlatmaq, telefonun daimi olaraq korlanmasına səbəb ola bilər. Zavod parametrlərinə yenidən qurma Telefonunuzda ekranın yanıb sönməsi və ya donması və naviqasiya kimi problemlər çıxarsa, telefonu yenidən qurmalısınız. • Telefonu yenidən qurmaq üçün Menyu > Parametrlər > Ümumi > Zavod par. y. qurma seçin və seçimlərdən birini seçin. Parametrləri yen. qur telefonunuza etdiyiniz bütün dəyişiklikləri zavod parametrlərinə geri qaytarır. Hamısını yenidən qur kontaktlar, mesajlar, şəkillər və səslər kimi bütün istifadəçi məlumatlarını silir. Telefonun batareyası dolmağa başlayarkən heç bir batareya doldurma işarəsi görünmür. Ekranda batareya işarəsinin görünməsi bir neçə dəqiqə sonra ola bilər. Şəbəkə yoxdur • • • Telefonunuz Uçuş rejimindədir. Uçuş rejiminin sönülü olduğundan əmin olun. Telefonunuz şəbəkə siqnalı qəbul etmir və ya siqnal çox zəifdir. Şəbəkə operatorunuzla əlaqəyə keçin və olduğunuz yerdə şəbəkə olduğunu dəqiqləşdirin. SİM kart düzgün işləmir. SİM kartınızı başqa bir telefona taxın. Əgər bu işə yarasa, buna səbəb telefonunuzda problem olması ehtimalıdır. Bu halda ən yaxın Sony Ericsson xidmət mərkəzinə müraciət edin. Sadəcə təcili zənglər Siz şəbəkə daxilindəsiniz ancaq istifadə hüququnuz yoxdur. Fövqəladə hallarda bəzi şəbəkə operatorları beynəlxalq təcili yardım nömrəsi olan 112-yə zəng etmənizə icazə verir. Daha ətraflı məlumat üçün Təcili zənglər18 səhifəsində baxın. 31 Bu, həmin bu nəşrin İnternet versiyasıdır. © Ancaq xüsusi istifadə üçün çap edilə bilər. SİM kilidlidir PİN kodunu üç dəfə ardıcıl olaraq səhv daxil etmisiniz. Telefonun kilidini açmaq üçün sizə operatorunuzun təqdim etdiyi PUK kod (Şəxsi Açma Kodu) lazım gələcək. PUK bloklanıb. Operatorla əlaqə saxlayın. Ard-arda 10 dəfə PUK kodu səhv daxil etmisiniz. Lütfən şəbəkə provayderinizlə əlaqə saxlayın. 32 Bu, həmin bu nəşrin İnternet versiyasıdır. © Ancaq xüsusi istifadə üçün çap edilə bilər. Hüquqi məlumat Sony Ericsson txt CK13i Bu İstifadəçi təlimatları Sony Ericsson Mobile Communications AB və ya onun yerli filialı tərəfindən, heç bir təminat verilmədən dərc edilmişdir. Çap səhvləri, hazırkı məlumatların uyğunsuzluğu, proqram və ya cihazların təkmilləşdirilməsinə görə Bu istifadəçi üçün təlimatlara tətbiq edilməsi zəruri olan dəyişikliklər və yaxşılaşdırmalar Sony Ericsson Mobile Communications AB tərəfindən istənilən vaxt və xəbərdarlıq edilmədən tətbiq edilə bilər. Belə dəyiţikliklər bu istifadəçi üçün təlimatın yeni nəşrlərində tətbiq ediləcəkdir. Bütün hüquqları qorunur. ©Sony Ericsson Mobile Communications AB, 2011 Buraxılış nömrəsi: 1253-3600.1 Diqqət: Bu İstifadəçi təlimatlarında təsvir olunan xidmətlərin və funksiyaların bəziləri hər yerdə bütün ţəbəkələr və xidmət provayderləri tərəfindən dəstəklənmir. Məhdudiyyət olmadan bu, GSM Beynəlxalq Təcili Yardım Nömrəsi 112-ə tətbiq olunur. Xüsusi xidmət və ya funksiyanın olub olmaması ilə bağlı və daxilolma və istifadə üçün əlavə qiymətin tətbiq olunub olunmaması ilə bağlı şəbəkə operatoru və ya xidmət provayderi ilə əlaqə saxlayın. Zəng melodiyaları kimi əlavə tərkibi yükləmək, saxlamaq və ötürmək üçün mobil telefonunuzun imkanı vardıdır. Bu kimi tərkiblərin istifadəsi üçüncü tərəfin hüquqları müstəvisində, müəllif hüquqları əsasında məhdudlaşdırmalar da daxil olmaqla lakin onunla da məhdudlaşdırılmadan qadağan edilə bilinər. Mobil telefonunuza yüklədiyiniz və ya telefonunuzdan ötürdüyünüz əlavə tərkibə görə Sony Ericsson deyil, siz məsuliyyət daşıyırsınız. Hər hansı bir əlavə tərkibdən istifadə etməzdən əvvəl istifadə etməyiniz üçün icazə verilib verilmədiyini təsdiq edin. Sony Ericsson əlavə tərkibin və ya üçüncü tərəfdən əldə edilən tərkibin uyğun, bütün və keyfiyyətli olduğuna zəmanət vermir. Heç bir halda Sony Ericsson sizin əlavə tərkib və ya üçüncü tərəfdən əldə edilən tərkibdən səhv istifadə etməyinizə görə cavabdeh olmayacaq. Burada göstərilən bütün məhsul və şirkət adları müvafiq sahiblərinin əmtəə nişanı və ya qeydiyyata alınmış əmtəə nişanlarıdır. Bu İstifadəçi təlimatında üçüncü tərəflərə aid xidmətlərə və ya proqramlara istinad edilə bilər. Bu kimi proqramlaşdırmalardan və ya xidmətlərdən istifadə etdikdə, üçüncü tərəf təchizatçı ilə ayrıca qeydiyyat tələb oluna və onların istifadəsi əlavə istifadə şərtlərinə tabe tutula bilər. Üçüncü tərəfə aid veb saytdan və ya onun vasitəsilə əldə edilmiş proqramlar üçün, lütfən, əvvəlcədən belə vebsaytların istifadə şərtlərini və müvafiq məxfilik bəyannaməsini nəzərdən keçirin. Sony Ericsson hər hansı üçüncü tərəf veb saytların və ya onların təklif etdiyi xidmətlərin mövcudluğuna və ya fəaliyyətinə dair zəmanət və ya təminat vermir. Bu məhsul Microsoft-un müəyyən intellektual mülkiyyət hüquqları tərəfindən qorunur. Belə texnologiyanın bu məhsuldan kənar istifadəsi və ya paylanması Microsoft-dan lisenziya alınmadıqda qadağandır. Burada qeyd edilən digər məhsul və firma adları onların əlaqədar sahiblərinin ticarət nişanları ola bilər. Burada adı keçməyən hər hansı hüquq qorunur. Bütün digər ticarət nişanları müvafiq sahiblərinin mülkiyyətləridir. Buradakı bütün təsvirlər ancaq təsvir etmək üçündür və həqiqi telefonu tam təsvir etməyə bilər. Microsoft, Windows və Vista Microsoft Corporation şirkətinin Birləşmiş Ştatlar və digər ölkələrdəki ticarət nişanları və ya qeydiyyatdan keçmiş ticarət nişanlarıdır. İxrac Qaydaları: Bu məhsul hər hansı proqram və ya texniki məlumatlar daxil olmaqla və ya bu məhsulla birlikdə olmaqla Avropa Birliyinin, Birləşmiş Ştatların və digər ölkələrin ixracat və idxalat qanunlarına tabe tutula bilinər. İstifadəçi və ya məhsulun sahibi bütün belə qaydalara əməl edəcəyi ilə razılaşır və qəbul edir ki, bu məhsulu ixrac, idxal və ya yenidən ixrac etmək üçün lisenziya əldə etməlidir. Yuxarıda göstərilənləri məhdudlaşdırmadan və nümunə üçün məhsulun istifadəçisi və sahibi: (1) Avropa Şurası Nizamnaməsinin (AŞ) II Fəslindəki maddələrinə 428/2009 uyğun olaraq Məhsulları müəyyənləşdirilmiş istiqamətlərə bilərəkdən ixrac və ya yenidən ixrac etməməlidir; (2), ABŞ hökumətinin Ticarət Departamenti və Sənaye və Təhlükəsizlik Departamenti tərəfindən idarə edilən İxracatların idarə olunması Nizamnaməsinə ("EAR", 15 C.F.R. §§ 730-774, http://www.bis.doc.gov/ ); və (3) ABŞ Maliyyə Departamenti və Xarici Aktivlərinin İdarəsi Ofisi tərəfindən idarə olunan iqtisadi sanksiya qaydalarına (30 C.F.R. §§ 500 et. seq.,., http://www.treas.gov/offices/enforcement/ofac/) əməl olunmalıdır. İstifadəçi və məhsulun istənilən sahibi məhsulu, onun aksessuarlarını və ayrıca olaraq proqramlarını bu qaydalarla qadağan olunmuş ölkələrə, regionlara, varlıqlara və şəxslərə daşıya və ya çatdıra bilməz. 33 Bu, həmin bu nəşrin İnternet versiyasıdır. © Ancaq xüsusi istifadə üçün çap edilə bilər. İndeks A audio səs səviyyəsinin tənzimlənməsi ......................21 audio kitabçalar .......................................................21 B batareya .....................................................................8 daxil etmə ..........................................................7 D doldurma ....................................................................8 K kontaktlar Smart axtarış ...................................................20 telefon kontaktının əlavə edilməsi ...................20 Q quraşdırma təlimatı ....................................................7 M musiqi ......................................................................21 audio kitabçalar ...............................................21 musiqi topluları ................................................21 musiqilərin dəyişdirilməsi .................................21 səs səviyyəsinin tənzimlənməsi ......................21 musiqilərin dəyişdirilməsi .........................................21 P PlayNow™ ...............................................................23 S səs səviyyəsinin tənzimlənməsi ...............................21 SİM kart daxil etmə ..........................................................6 söhbətlər ..................................................................16 U USB bağlantısı .........................................................25 W Wi-Fi™ .....................................................................26 34 Bu, həmin bu nəşrin İnternet versiyasıdır. © Ancaq xüsusi istifadə üçün çap edilə bilər.